20 yaşayış məntəqəsi palçıq vulkanının ərazisində salınıb
Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb.
Bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır.
Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.
N.Paşayev ətafında insanların yaşadığı vulkanlara misal kimi “Bozdağ Hökməli”, “Axtarma Qaradağ”, “Keyrəki”, “Bozdağ-Güzdək” , “Səngi-Muğan”ı və s. göstərib:
“Əslində, insanlar özləri də bilmədən odun üstündə ev tikir, məskunlaşırlar. Əhali yaddan çıxarır ki, palçıq vulkanları hansı təhlükəli hadisələr törədə bilər. Bu baxımdan əhalinin maariflənməsinə çox ehtiyac var”.
N.Paşayev qeyd edib ki, Keyrəki, Ceyranbatan su anbarının ətrafında yerləşən “Keçəldağ” vulkanı da fəaliyyətdə olan vulkanlardır.
Şöbə müdiri əlavə edib ki, Bakı-Sumqayıt magistral yolunun kənarındakı Xırdalan qəbiristanlığı "Zigilpiri" palçıq vulkanının üzərində yerləşir: “Həmin ərazidə də məskunlaşma çox geniş yayılıb. Yaxud Pirəküşkül qəsəbəsində Bakıdan Pirəşüklə gedən magistral yolun sol tərəfi bütünlüklə palçıq vulkanıdır. Orada hər yerdə püskürmüş palçıq vulkanlarının axınlarını görmək olar”.
N.Paşayev qeyd edib ki, neft-qaz çıxan ərazilərdə də çoxlu palçıq vulkanları var: "Palçıq vulkanları əslində ərazidən neft-qazın çıxmasını göstərən ən mühüm göstricilərdən biridir. O, barometr rolunu oynayır. Məskunlaşma zamanı bu, mütləq nəzərə alınmalıdır”.
N.Paşayevin sözlərinə görə, palçıq vulkanlarının ətrafında xüsusi mühafizə bəndləri çəkilməli, məskunlaşma məhdudlaşdırılmalıdır.
Xatırladaq ki, bu yaxınlarda Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması hələ 10 il əvvəl açıqlanmışdı. Lakin bütün bunlara baxmayaraq, bu ərazidə evlər tikilib.
Ə.Qaralov bildirib ki, vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatların yaranması prosesi başa çatmayıb, yəni proses aktiv fazadadır:
"Əgər yağışlar başlasa, sürüşmə prosesi daha da aktivləşəcək”.
Bu il iyunun 12-də "Keyrəki" palçıq vulkanında da püskürmə baş verib.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















