İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Məlum olduğu kimi, 4-6 aprel 2026-cı il tarixlərdə ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş vermişdir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 4-6 aprel 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 417-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 75-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 103-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 25-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, qiymətləndirilmiş 442 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 311 min 720 manat həcmində müəyyənləşdirilib. Qalan 178 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır.
Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Abşeron ərazisində) qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




