Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
"Collezione Italia" və İspaniyanın çilçıraq brendi "Aromas Del Campo" tədbir keçirib. Tədbirdə Aparıcı interyer dizaynerləri bir araya gəlib. Onlara "Aromas Del Campo" brendi çilçıraqları üzərində işləmək imkanı yaradılıb.(®) 4 aprel tarixində Collezione Italia-da “Shape the Light” adlı xüsusi workshop təşkil olunub. Tədbir Collezione Italia və Aromas Del Campo — İspaniya mənşəli çilçıraq brendinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Workshop çərçivəsində ölkənin aparıcı interyer dizaynerləri bir araya gəlib. Tədbirə ümumilikdə 40-a yaxın dizayner dəvət olunub, onlardan 16 nəfəri isə lotodrom vasitəsilə keçirilən püşkatma əsasında seçilərək aktiv iştirak hüququ qazanıb.
Seçilmiş iştirakçılara Aromas Del Campo brendi tərəfindən təqdim olunan çilçıraqlar üzərində işləmək imkanı yaradılıb. Dizaynerlər hər biri öz fərdi yanaşmasını və yaradıcılıq baxışını əks etdirən eskizlər hazırlayıb, məhsullar üzərində bədii işləmələr həyata keçiriblər. Workshop dinamik və interaktiv mühitdə keçərək iştirakçılar üçün həm təcrübə, həm də yaradıcılıq platforması rolunu oynayıb.
Tədbir interyer dizaynerləri, beynəlxalq brend və yerli təmsilçi şirkət arasında əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Workshop-un sonunda Aromas Del Campo brendinin bölgə üzrə koordinatoru Oksana Sukhoviy-Polukhina çıxış edərək Collezione Italia haqqında müsbət fikirlərini bölüşüb. O, Collezione Italia-nı ölkənin aparıcı lüks interyer mərkəzlərindən biri kimi qiymətləndirərək, əməkdaşlıqdan məmnunluğunu ifadə edib və Aromas Del Campo brendinin Azərbaycanda tanınmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
“Shape the Light” workshop-u Collezione Italia-nın interyer dizayn sahəsində innovativ təşəbbüslərə açıq olduğunu və beynəlxalq — xüsusilə Avropa brendləri ilə əməkdaşlıqda aktiv rol oynadığını bir daha nümayiş etdirib.
Collezione Italia – Azərbaycanda Avropanın aparıcı premium və lüks interyer brendlərinin rəsmi multibrend nümayəndəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




