Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Ölkə ərazisində son günlər davam edən qeyri-sabit hava şəraiti və güclü yağışlar kənd təsərrüfatına da ciddi təsir göstərməkdədir.
Yağış və onun nəticəsində yaranan selsubasma hadisələrindən zərər çəkən əkin sahələri və fermerlərin Aqrar Sığorta Fonduna ünvanladığı zərər müraciətlərinin sayı artmaqdadır.
Fondun son məlumatlarına görə, ölkə ərazisində güclü yağışların başladığı 27 mart 2026-cı il tarixindən 9 aprel tarixinədək olan dövrdə Aqrar Sığorta Fonduna müxtəlif hadisələr üzrə ümumilikdə 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Bu müraciətlər müxtəlif bitkilərin əkildiyi 6541 hektar əkin sahəsini əhatə edib.
Ən çox müraciət Quba-Xaçmaz regionu üzrə daxil olub, bu bölgələn 5700 hektarı əhatə edən müraciət edilib. Xüsusilə Xaçmaz və Şabran rayonlarından Fonda çoxsaylı müraciətlər daxil olub. Dağlıq Şirvan regionundan 381 hektar, Mərkəzi Aran regionundan 213 hektar, Gəncə Daşkəsən regionundan 154 hektar, Qarabağ regionundan 56 hektar, Şirvan-Salyan regionundan 24 hektar, Abşeron – Xızı regionundan isə 12 hektar sahədə baş verən hadisə üzrə müraciətlər daxil olub.
Ümumilikdə 6541 hektar sahəni əhatə edən müraciətlərin əksər hissəsi – 6256 hektarı sel-subasma ilə bağlı olub.
223 Hektar sahə üzrə müraciət 3-cü şəxsin hərəkəti, 53 hektarda, fırtına-qasırğa hadisəsi, 5 hektarda vəhşi heyvan hücumu, 3,46 hektarda isə müraciət dolu hadisəsi ilə bağlıdır.
Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb, hadisələrin araşdırılması və ilkin qiymətləndirmə işlərinin aparılması üçün ərazilərə müsğəqil aqrar sığorta ekspertləri yönəldilib.
Yağış və sel-subasma hallarının davm etməsi səbəbindən bəzi ərazilər üzrə təkrar müraciətlər daxil olmaqdadır. Nəticətə bəzi hallarda artıq ekspert tərəfindən ilkin zərər qiymətləndirilməsi aparılmış ərazilərdə yenidən hadisələrin baş verdiyi bildirilir və həmin əkin sahələrinə yenidən ekspertlər yönəldilir.
Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır. Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








