Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
"M Bulak" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3 milyon 416 min manat xalis mənfəətlə başa vurub. BOKT-un maliyyə hesabatına görə, bu, 2024-cü illə müqayisədə 39,8 % azdır.
Ötən il "M Bulak"ın vergiyəqədərki mənfəəti 4 milyon 391 min manat (əvvəlki ilə nisbətən 37,7 % az), mənfəət vergisi ödəmələri isə 975 min manat (29 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "M Bulak"ın aktivləri 58 milyon 661 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 68 % çoxdur. Bunun 54, milyon 684 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 62,4 % böyüyüb.
Hesabat dövründə "M Bulak"ın öhdəlikləri 4,5 dəfə artaraq 26 milyon 133 min manata, balans kapitalı isə 11,7 % artaraq 32 milyon 528 min manata çatıb.
Xatırladaq ki, "M Bulak" 2005-ci ildən fəaliyyət göstərən "İnvest Kredit" MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10 milyon 408 min manatdır. BOKT-nin təsisçiləri Qırğızıstan vətəndaşları 95,9 % payla Aleksey Kokarev və 4,1 % payla Babirjan Tolbayevdir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
51 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)











.jpg)



