PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
PAŞA Bank və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qarşılıqlı əməkdaşlıq çərçivəsində sahibkarlar üçün yeni rəqəmsal həll təqdim ediblər.
Artıq sahibkarlar PAŞA Bank Biznes mobil tətbiqinə və veb platformasına banka daxil olmaqla malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görürlər.
Bu yeniliklə onlar “Təqib və İzləmə Sistemi”ndə (TİS) bütün əməliyyatları bir məkanda idarə edir, qeydiyyatı birbaşa aparır və ödənişi bir toxunuşla həyata keçirirlər. Yeni həll sayəsində proseslər optimallaşır və sahibkarların gündəlik fəaliyyəti sadələşir.
PAŞA Bank rəqəmsal həllərini davamlı olaraq genişləndirir və biznes müştərilərinə daha çevik və səmərəli xidmətlər təqdim edir. Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması sahələrində geniş xidmət portfeli ilə fəaliyyət göstərir.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi Standard & Poor’s 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini “BB-/B” səviyyəsində “Pozitiv” proqnoz ilə təsdiqləyib. Bank həmçinin International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib. 2024–2025-ci illərdə isə Euromoney, Global Finance və Stevie Awards tərəfindən bir sıra beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)



