Ehtiyatlar gözlənilməz şəkildə düşdü, neft qiymətləri yüksəlir
ABŞ-da özəl sektorun açıqladığı məlumatların neft ehtiyatlarının gözlənilməz bir şəkildə düşdüyünü göstərib. Beləliklə, ehtiyatların keçən ay ABŞ sahillərini vuran və neft emalı zavodlarının bağlanmasına səbəb olan Harvey qasırğasından bu yana ilk dəfə azalıb. Məlumatın açıqlanmasının ardınca neft qiymətləri yüksəlib.
"Marja" xəbər verir ki, sktorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatına görə, neft ehtiyatları ötən həftə 761,000 barel azalıb. ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların, neft ehtiyatlarının ötən həftə 3.1 milyon barrel artmasını göstərəcəyi gözlənilir.
Neft bu ay, artmaqda olan xam neft tələbatına dair proqnozlar və ABŞ-da Harvey qasırğasından sonra zavodların yenidən fəaliyyətə başlaması ilə birlikdə 10%-dən çox artıb. Qiymətlər Bazar ertəsi günü, Türkiyənin Şimali İraqdan Kürd neftinin öz ərazisindən ixracını dayandıracağı ilə hədələməsinin ardından son beş ayın ən yüksək səviyyəsinə çıxıb.
Analitiklər bildirirlər ki, qlobal ehtiyatlar hələ də yüksəkdir, ancaq azalır. İlin sonuna qədər neft tələbinin güclü olacağı gözlənilir. Neft qiymətlərinin daha da qalxması mümkündür.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 28 sent bahalaşaraq bareli 52.16 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 23 sent bahalaşaraq bareli 58.67 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
-
11 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
1 gün əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 gün əvvəl
- 2 gün əvvəl