Hyundai, dünyanın ən böyük avtomobil istehsalçısı ola bilər
Hyundain-ın Fiat-Chrysler Qrupunu satın alacağı iddia edilib
İddialara görə, Hyundai, Fiat Chrysler Qrupunu (FCA) tərkibinə qatmağı planlaşdırır. Bu iddia reallaşarsa Hyundai, dünyanın ən böyük avtomobil istehsalçısı olacaq.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, "Eugene" investisiya şirkətinin analitiki Li Jae, Hyundai-ın FCA-ni satın almasının markaya böyük fayda verəcəyini, şirkətin ABŞ-dakı və Avropadakı fəaliyyətlərini genişləndirməsinə kömək edəcəyini bildirib. Aparılan araşdırmaya görə, keçən il iki şirkət cəmi 11.5 milyon avtomobil istehsal ediblər.
Jae, "Hyundai birləşməyi inkar edir, ancaq Çin və ABŞ bazarlarındakı böhran səbəbindən bir şirkət almağa ehtiyacı hər zamankından daha yüksəkdir. Çinli avtomobil istehsalçısı "Great Wall Motors"un Jeep-i satın almaq cəhdlərinin olduğu xəbərlərinin yayılmasının ardından Hyundai Motor da mümkün bir alıcı olaraq ortaya çıxıb" - ifadələrini istifadə edib.
Hyundai ilə FCA arasındakı potensial bir əlaqə haqqındakı iddialar ötən ay FCA-ın İcraçı direktoru Sergio Marchionnenin böyük bir Asiyalı avtomobil istehsalçısı ilə birləşmək istədiklərini dilə gətirməsindən sonra ortaya çıxdıb. Bu çıxışın ardından Çinin "Great Wall Motor" şirkəti Jeep markasını satın almaqla məşğul olduğunu bildirmişdi.
Analitiklər, FCA-ni almaq üçün Hyundai-ın təxminən 9.83 milyard dolları gözdən çıxarması lazım olduğunu hesab edirlər. Ancaq Hyundai, şirkəti Maserati və ya ehtiyat hissələri Magneti Martelli olmadan satın alarsa, bu məbləğin 4.95 milyard dollar səviyyəsinə enəcəyi proqnozlaşdırılır.
Bu həmlənin Hyundai-a töhfə verəcəyini düşünənlər qədər düşünməyənlər də var. Avtomobil sənayesindən bəzi adamlar, Hyundai-ın FCA-nı satın alması ilə markanın bəzi maneələrlə qarşılaşacağı fikirindədirlər. Xüsusilə Fiat markasının istehsal etdiyi A,B və C sinifi vasitələrin KİA-nın sahib olduğu modellər ilə üst-üstə düşəcəyi vurğulanır.
Hələ bu haqda dəqiq bir açıqlama yoxdur, ancaq Hyundai bu həmlə etməzdən əvvəl bütün ehtimalları nəzərdən keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















