Dünya neft ehtiyatlarının 3%-i Kürdüstanında yerləşir
İraq Kürdüstanında dünya neft ehtiyatlarının 3%-i və ya 50 mlrd. bareli cəmləşib.
"RİA Novosti" agentliyi xəbər verir ki, bu məlumatı "Fitch" beynəlxalq reytinq agentliyinin xammal və təbii ehtiyatlar üzrə qrupunun rəhbəri Dmitriy Marinçenko verib.
D.Marinçenko qeyd edib ki, "İraq Kürdüstanının təsdiq olunmuş ehtiyatları 50 mlrd. barelə yaxındır və İraqın məcmu ehtiyatlarının 1/3-ni təşkil edir". Qrup rəhbərinin sözlərinə görə, hazırda regionda 600 min barel/gün neft hasil edilir.
"Regionun hasilatı artırmaq üçün böyük potensialı var. Nəzəri olaraq hasilat bir neçə dəfə arta bilər. Bunun üçün təhlükəsizlik, ixrac kanalları və investisiya qoyuluşu problemi həll edilməlidir. Regionda mürəkkəb vəziyyət diqqətə alındıqda bunun qısa müddətdə həyata keçirilməsi gözlənilmir", - deyə Marinçenko əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
-
13 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
1 gün əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 gün əvvəl
- 2 gün əvvəl