Kazımov: "Son 2 ayda Mərkəzi Bank tərəfindən valyuta hərracları keçirilməyib"
"Valyuta bazarında baş verən proseslərlə bağlı qısa məlumat vermək istərdim. Belə ki, balyuta bazarında təklif tələbi kəskin şəkildə üstələyir. Aprel ayında Mərkəzi Bank bazara 1 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib."
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.
Mərkəzi Bankın sədri qeyd edib ki, son iki ayda Mərkəzi Bank tərəfindən demək olar ki, valyuta hərracları (xarici valyuta satışı - red) keçirilməyib. Bunun əsas səbəbi, qeyd etdiyim kimi, valyuta təklifinin tələbi kəskin şəkildə üstələməsidir.
"Biz dedollarlaşma prosesinin davam etdiyini müşahidə edirik. Mart ayının nəticələrinə əsasən, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 28%-dən aşağı düşüb. Bu isə illik əsasda 2,1 faiz bəndi azalma deməkdir.
Ümumilikdə həm nağd, həm də qeyri-nağd valyuta bazarında əhalinin manata inamının artdığını müşahidə edirik. Eyni zamanda gözləntilərin də nikbin olduğunu görürük".
XXX
Mərkəzi Bank bir neçə gün öncə yaydığı press-relizndə bildirmişdi ki, profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.
Son dövrlərvalyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 029,7 milyon ABŞ dolları artıb.
Aprel ayında alınmış 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
42 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)












.jpg)



