Mərkəzi Bank NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib
"Pulun kartlardan dərhal deyil, gecikmə ilə tutulması "Visa" və "Mastercard"ın işi ilə bağlı deyil"Azərbaycanın ictimai nəqliyyatında NFC ödənişləri zamanı vəsaitin bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutulması "Visa" və "Mastercard" beynəlxalq kart təşkilatlarının işi ilə bağlı deyil.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Nəqliyyat ödənişləri ilə bağlı əksər ölkələrdə təcrübə belədir ki, terminal ödəniş qəbul edəndə, oflayn rejimdə çalışır, həmin anda kart hesabında pul olub-olmadığını yoxlaya bilmir, amma sizin nəqliyyatdan istifadə etməyinizə imkan verir, özündə borcla bağlı qeydiyyat aparır. Bir neçə saatdan, hətta bir gündən sonra hesabda pul varsa, o silinir. Biz indi banklarla bu prosesi təkmilləşdirmək barərə danışırıq. Amma sinxronlaşma problemləri varsa, həll olunacaq. Amma hesab edirəm ki, "Visa" və "Mastercard"ın sistemlərini tənzimləmək lazımdır. Çünki bu məsələ əhali arasında anlaşılmazlıq yaradır", - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)

