Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
Panel müzakirəsində “Prime Cotton” şirkətinin Baş icraçı direktoru Tural Əlizadə spiker qismində çıxış edib. Şirkətin Araşdırma və Tədqiqat şöbəsinin rəhbəri Fərid Firidunov pambıqçılığın inkişafına verdiyi töhfələrə görə kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən mükafatlandırılıb.19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda “Prime Cotton” şirkəti də təmsil olunub.
Forum çərçivəsində keçirilən “Əkinçilik, bitkiçilik və gülçülük: Aqrar sektorda müasir çağırışlar və innovativ yanaşmalar” adlı panel müzakirəsində şirkətin Baş icraçı direktoru Tural Əlizadə spiker qismində çıxış edib.
Çıxışı zamanı pambıqçılıq sektorunun qarşısında duran əsas çağırışlar və kritik fəaliyyət istiqamətləri olaraq dəqiq əkinçilik texnologiyaları, effektiv suvarma sistemləri, müasir idarəetmə modelləri, dəyişən iqlimə uyğun toxumçuluq, fermerlərin təlim və təşviqi, korporasiya modellərinin tətbiqi və digər innovativ yanaşmaların aqrar sektorda dayanıqlı inkişaf və məhsuldarlığın artırılması baxımından əhəmiyyətindən bəhs etmişdir.
Eyni zamanda, forum çərçivəsində “Prime Cotton” şirkətinin Araşdırma və Tədqiqat şöbəsinin rəhbəri Fərid Firidunov pambıqçılığın inkişafına verdiyi töhfələrə görə kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən mükafatlandırılıb.
Sərgi çərçivəsində şirkət rəhbərliyi yerli və beynəlxalq şirkət nümayəndələri ilə bir sıra B2B görüşlər də keçirərək əməkdaşlıq imkanları və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi də aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
-
7 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Azərbaycana düyü idxalı 18,3% azalıb
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
Ən çox oxunanlar
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək






.jpg)

















