Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlər üçün vergi 35%-dən 20%-ə endirilir - Trumpun vergi islahatı təklifi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər üçün vergi 35%-dən 20%-ə endirilir - Trumpun vergi islahatı təklifi açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trump hökumətinin yeni vergi islahatı təklifi açıqlanıb.

 

“Marja”nın məlumatına görə,vergi islahatı Trumpun seçki kampaniyasının əhəmiyyətli vədlərindən biridir.

 

Ölkədəki şirkətlərə və vətəndaşlara vergi endirimi təmin edəcək vergi islahatı qanununun əhəmiyyətli detalları, Nümayəndələr Məclisinin sədri Paul Ryan tərəfindən açıqlanıb.

 

Ryan yazılı açıqlamasında, qanunla ölkədə şirkətlər üçün vergisi nisbətinin 35%-dən 20%-ə endirilməsinin planlaşdırıldığını qeyd edib. Beləcə, ABŞ-ın şirkətləri daha sürətli böyümə və daha böyük miqdarlarda sərmayə qoymaq fürsəti qazanacaqlar.

 

Açıqlamada, vergi islahatı sayəsində xaricdə fəaliyyət göstərən və ya gəlirlərini xaricdə saxlayan ABŞ şirkətlərindən bir dəfə vergi alınacağını və bunun Amerikan iqtisadiyyatına qatqı təqdim edəcəyini qeyd edən Ryan, bu nidbətin nə qədər olacağı haqqında isə məlumat verməyib.

 

Gəlir vergisi sahəsində vergi sayının yeddidən üçə salınmasının planlanlaşdırıldığını qeyd edən Ryan, söz mövzusu üç verginin 12%, 25% və 35% nisbətlərində olacağını bildirib.

 

Həmçinin, islahatın ölkənin ən varlı fərdləri üçün daha az vergi və ya daha aşağı vergi nisbəti mənasını vermədiyinə diqqəti çəkilən açıqlamada, bu fərdlər üçün dördüncü bir vergi dərəcəsinin ABŞ Konqresi tərəfindən gələcək aylarda təyin oluna biləcəyi vurğulanıb.

 

Nümayəndələr Məclisinin sədri Ryan, "Son vergi islahatının üzərindən 31 il keçib. İqtisadi artımı təmin etmək, məşğulluğu artırmaq və orta sinifin üzərindəki vergi yükünü yüngülləşdirmək üçün əlimizdəki ən yaxşı fürsət budur" ifadələrini istifadə edib.

 

Trumpun vergi islahatı təklifinin əvvəl Nümayəndələr Məclisinə, daha sonra da ABŞ Senatına təqdim edilməsi gözlənilir. Təklifin ABŞ Konqresindən keçməsi halında bu il sona çatmadan Trump tərəfindən imzalanaraq qanunlaşması nəzərdə tutulur.

28.09.2017 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ