970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon

Çin şirkətləri ilə 8 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması müzakirə olunub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive Co., Ltd.” şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb.

Marja xəbər verir ki, görüşdə Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan “CRRC Zhuzhou” ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Reklam_3_11

ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyatının modernləşdirilməsi sərnişinlərə daha rahat, təhlükəsiz, etibarlı və dayanıqlı xidmət göstərilməsi baxımından prioritet istiqamətlərdəndir:

“ADY-nin hədəflərindən biri artan sərnişin tələbatına çevik cavab verən müasir hərəkət tərkibi parkı formalaşdırmaqdır. Yeni sərnişin qatarlarının alınması üzrə danışıqlar həm şəhərətrafı, həm də rayonlararası marşrutlarda xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Görüşdə Azərbaycanın dəmir yollarında rayonlararası istiqamətlər üzrə istifadə olunacaq 4 ədəd yeni sərnişin qatarının ilə alınması bağlı danışıqlar aparılıb, “CRRC Zhuzhou” tərəfindən təqdim olunan qatarlara baxış keçirilib. Tərəflər hərəkət tərkiblərinin texniki parametrləri, enerji səmərəliliyi, süni intellektlə çalışan müasir təhlükəsizlik sistemləri, istismar dayanıqlılığı, ehtiyat hissələri ilə təminat, texniki xidmət və təlim imkanları üzrə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 20 ədəd sərnişin qatarının alınması məsələsi də müzakirə olunub. Çin tərəfinin bu istiqamətdə təklifləri dinlənilib, layihənin texniki, kommersiya və icra mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

ADY nümayəndə heyəti həmçinin “CRRC Nanjing Puzhen Co.” şirkətində olub, bu şirkətin rəhbəri Yan Qi ilə görüşüb.

Bildirilib ki, “CRRC Nanjing Puzhen Co., Ltd.” sərnişin vaqonları, elektrik qatarları və digər hərəkət tərkiblərinin istehsalı sahəsində geniş təcrübəyə malikdir. Şirkətin bu sahədə texnoloji imkanları ADY-nin sərnişindaşıma parkının modernləşdirilməsi üzrə gələcək layihələri üçün əməkdaşlıq perspektivlərini aktuallaşdırır.

Görüş zamanı 4 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri geniş müzakirə olunub. Tərəflər qatar və vaqonların texniki xüsusiyyətləri, təhlükəsizlik sistemləri, sərnişin komfortu və texniki xidmət imkanları, ehtiyat hissələri ilə təminat, həmçinin personalın təlimi və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Dəmir Yolları ADY Rövşən Rüstəmov AZCON Holding Çin səfəri CRRC Zhuzhou Locomotive CRRC Nanjing Puzhen Çin qatarları yeni sərnişin qatarları sərnişin qatarlarının alınması 4 yeni sərnişin qatarı 20 sərnişin qatarı 50 sərnişin vaqonu dəmir yolu nəqliyyatı dəmir yolu modernləşməsi Azərbaycanda dəmir yolu sərnişindaşıma rayonlararası qatarlar şəhərətrafı qatarlar müasir hərəkət tərkibi hərəkət tərkibi parkı qatar parkının genişləndirilməsi sərnişin vaqonları elektrik qatarları dəmir yolu infrastrukturu Bakı nəqliyyat infrastrukturu 2025-2030 Dövlət Proqramı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi enerji səmərəli qatarlar süni intellekt təhlükəsizlik sistemləri müasir təhlükəsizlik sistemləri sərnişin komfortu texniki xidmət ehtiyat hissələri personal təlimi texnologiya transferi Azərbaycan Çin əməkdaşlığı ADY Çin şirkətləri ilə əməkdaşlıq qatar istehsalı
25.06.2026 12:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19