“Kamaz-master” yarış komandası bank VTB (Azərbaycan)-ın ofisində olub
Bakıya səfəri çərçivəsində Rusiyanın “Kamaz-master” yarış komandası pilot-çempion Ayrat Mardeyevlə birlikdə bank VTB (Azərbaycan)-ın qonağı olub.
Çoxsaylı ralli çempionu Ayram Mardeyev bankın kollektivi ilə görüşüb. Səyahətlər zamanı pilotun rahatlığını təmin etmək üçün bank VTB (Azərbaycan) ona istənilən ölkədə istifadə edə biləcəyi “Bakı-Moskva” debet kartını hədiyyə edib.
“Bakı-Moskva” həm Azərbaycanda, həm xaricdə nağd və nağdsız əməliyyatlar üçün nəzərdə tutulan 24 və ya 36 aylıq (müştərinin istəyindən asılı olaraq) debet kartıdır. Kart, xaricdə aparılan nağdsız əməliyyatlar zamanı xərclənən məbləğin 0,5% həcmində Cash Back almağa imkan verir.
2005-ci ildən VTB “Kamaz-master” komandasının baş sponsorudur. Mətbuat-konfransı zamanı Ayrat Mardeyev VTB ilə tərəfdaşlıqdan danışıb: “Biz VTB ilə artıq 10 ildir ki, əməkdaşlıq edirik. VTB etibarlı tərəfdaşdır və buna görə mən onlara minnətdaram, bank hər zaman bizə dəstək olub. Bakıda biz VTB-nin Azərbaycan bölməsində olduq və bizi orda çox mehriban qarşıladılar. Rusiyanın VTB filiallarında adət etdiyimiz tanış və dost mühiti burda da görmək çox xoş və gözlənilməz idi”.
”Kamaz-master” komandası 30 ilə yaxındır ki, fəaliyyət göstərir və 10 ildən çoxdur ki, VTB komandanın yanındadır. Birlikdə biz çox məsələlərin öhdəsindən gəlmişik, biz hər zaman komanda ilə olub, onu dəstəkləməyə çalışırıq. VTB də “Kamaz-master” kimi qalibdir. Mən əminəm ki, bizim qarşıda hələ çox qələbələrimiz var – həm biznesdə, həm də idmanda” – deyə, VTB bankın Reklam və marketinq idarəsinin sponsorluq və xüsusi layihələr şöbəsinin eksperti Mariya Aleksandroviç qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
46 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
















