Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Venesuela Dollar əvəzinə Yuan dedi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Venesuela Dollar əvəzinə Yuan dedi

300 milyard barel ilə dünyanın ən böyük sübut olunmuş neft ehtiyatına malik ölkəsi Venesuelada hökumətin verdiyi yeni bir qərarla, bundan sonra ölkədəki neft və yanacaq dollar əvəzinə Çinin valyutası Yuan ilə ifadə olunacaq (qiyməti göstəriləcək).


 
"Marja" xəbər verir ki, Venesuelanın Neft nazirliyi tərəfindən edilən açıqlamada, qərarın Dövlət başçısı Nikolas Maduronun ölkəni "dolların tiranlığından" xilasetmə planı çərçivəsində verildiyi bildirilib.
 
 
Amerika Birləşmiş Ştatları, Venesuelada hakimiyyətdə olan Sosialist Partiyasının demokratiyaya zərər verdiyini əsas gətirərək bu ölkəyə qarşı bəzi sanksiyalar tətbiq etmişdi.

 

ÇİN NEFT İDXALINI DOLLAR ƏVƏZİNƏ "QIZILA ÇEVRİLƏ BİLƏN YUAN" İLƏ HƏYATA KEÇİRƏCƏK


 
Dünyanın ən böyük neft idxalçısı Çin də ABŞ sanksiyalarından təsirlənməmək üçün neft alarkən dollar əvəzinə "qızıla çevrilə bilən yuan" müqavilələri istifadə edəcəyini açıqlamışdı.
 
 
Çinin ilk növbədə Rusiya və İrandan edəcəyi yuan ilə ifadə olunmuş neft alışları, eyni zamanda bu ölkələrin, ABŞ-ın müxtəlif sahələrdə tətbiq etdiyi sanksiyaları aşmalarına da yarayacaq.

03.10.2017 08:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ