"Azertelecom"a Layihə meneceri tələb olunur
"Azertelecom" Layihə meneceri vakansiyası üzrə işə qəbul prosesini açıq elan edib. Maraqlanan şəxslər müraciət edə bilərlər.
İşin təsviri
Layihə Meneceri əvvəldən sonadək spesifik qısamüddətli layihələrin planlanması, icrası və izlənməsini nəzarətdə saxlayır.
Tələblər:
- Bakalavr və ya Magistr dərəcədi, layihənin idarə edilməsi üzrə sertifikatlar;
- Microsof Office proqramları biliyi; Yüksək səviyyədə Excell biliyinə üstünlük verilir;
-Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyi;
- 2-3 il bu və ya uyğun sahədə iş təcrübəsi.
Tələb olunan yetkinliklər:
- Yüksək analitika və detallara diqqətlə yanaşma bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Çoxsaylı tapşırıqlar və məhdud zaman gərginliyi altında işləmə bacarığı;
- Liderlik və komanda idarəçiliyi bacarığı;
- Vaxtın idarə edilməsi;
- Problemlərin həlli bacarığı;
- Qərar vermə bacarığı;
-Müştəri yönümlülük;
- Nəticə yönümlülük;
- Tənqidi düşüncəli olma bacarığı
- Biznes uzaqgörənliyi.
Vəzifə və öhdəliklər
- Layihənin həcmini rəhbərliklə birlikdə müəyyən etmək;
- Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq;
-Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək;
- Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
- İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq və texniki mümkünlüyü müəyyən etmək;
- Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
- Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək; layihə üzrə cədvəli, proqramını tələb olunan formada nəzərdən keçirmək;
- Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistemlər, vasitələr və texnikalarla ölçmək;
- Ehtiyac olduqda rəhbərliyə hesabat hazırlamaq və məruzə etmək;
- Layihə tərəfdaşları və müştərilər arasında münasibətləri tənzimləmək;
- Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
-Üçüncü tərəflərlə/kontraktorlarla münasibətləri yaratmaq və tənzimləmək;
-Bütün layihə məlumatlarının lazımi qaydada sənədləşməsinə və təhlükəsizliyinə əmin olmaq üçün fayl sisteminin qurulması;
- Layihə haqqında rəhbərlik üçün hesabat yazmaq;
-Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək.
Müraciət üçün son tarix: 10.10.2017
Namizəd tərəfindən müraciət (CV) [email protected] elektron ünvanına göndərilməlidir.
Müraciət zamanı məktubda mövzu yerinə Layihə Meneceri qeyd edilməlidir. Bu mövzu ilə daxil olmayan və qeyd olunan son tarixdən sonra daxil olan müraciətlər nəzərdən keçirilməyəcək.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci il üzrə Tədiyə balansı açıqlandı - 1 MİLYARD 444 MİLYON MANATLIQ AZALMA
-
-
1 saat əvvəl
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
-
1 saat əvvəl
Azərbaycana avtomobil idxalı azalıb – minik avtomobillərində kəskin geriləmə
-
1 saat əvvəl
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
-
1 saat əvvəl
Nəhəng qurum müharibəyə baxmayaraq qızılın bahalaşacağı barədə proqnozunu saxlayır
-
1 saat əvvəl
Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 20,7 faiz azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Martın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Azərbaycanda sənaye istehsalı 0,5 faiz artıb
"Bakı Metropoliteni"nin baş mühəndisi işdən çıxarılıb
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub




























