Direktorlar Şurası “Nobel Oil Services”in fəaliyyətini yüksək qiymətləndirib
Şirkətin rəhbərliyi qeyri-sabit xam neft qiymətləri şəraitində yeni biznes imkanlarını müəyyənləşdirir
“Nobel Oil Services” şirkətinin fəaliyyəti üçüncü rübün yekunları üzrə Direktorlar Şurasının yığıncağında yüksək qiymətləndirilib.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata Yığıncaqda Direktorlar Şurasının üzvləri, səhmdarın nümayəndələri və şirkətin rəhbərliyi sonuncu yığıncağdan sonrakı müddətdə əldə edilmiş nəticələri və gələcək planları müzakirə ediblər.
Direktorlar Şurası "Nobel Oil Services" və onun törəmə şirkətlərinin SƏTƏMM, komplayens, mükəmməllik və keyfiyyət sahələrində yüksək standartların təmin edilməsi üzrə davamlı fəaliyyətini qeyd ediblər.
Direktorlar Şurası SƏTƏMM sahəsində müsbət nəticələri vurğulayıb, belə ki, son dövrdə SƏTƏMM üzrə daimi və peşəkar fəaliyyət nəticəsində "sıfır" DAFWC (iş itkisi) müşahidə edilib.
"Nobel Oil Services" Komplayens İdarəetmə Sisteminin daha geniş tətbiqi ilə komplayens qaydalarının və beynəlxalq səviyyəli korporativ idarəetmənin təkmilləşdirilməsini uğurla davam etdirib.
Giriş sözü ilə gündəlikdə olan məsələləri təqdim edən, eləcə də müzakirələrin icmalını ehtiva edən yekun nitqi söyləyən İmon Qorman yığıncağa sədrlik edib.
"Direktorlar Şurasının üzvü Qustaf Nobel qeyri-sabit xam neft qiymətləri şəraitində şirkət rəhbərliyinin yeni biznes imkanlarının müəyyənləşdirilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib",- Şirkətin məlumatında bildirilir.
Novbəti yığıncağ 2018-ci ilin yanvar ayına təyin edilib.
"Nobel Oil Services" Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib.
"Nobel Oil Services" şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)






.jpg)
