970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıdan 1,9 milyon insan bu istiqamətlərə uçub - ONLUQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan 1,9 milyon insan bu istiqamətlərə uçub   - ONLUQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici bütün 2016-ci il ərzində olan statistikaya yaxındır.


Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Marja"ya daxilolmuş məlumata görə, Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,9 milyon sərnişin düşmüşdür ki, bunun da 468 min nəfəri daxili reyslərlə daşınmışdır.

 

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46,1 faizi AZAL-ın, 53,9 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 1,9 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

09.10.2017 14:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18