Alış-veriş edənlər bilet əldə edəcəklər

Endirimlər, hədiyyələr, lotereya oyunları və daha nələr sizləri gözləyir
15 oktyabrdan etibarən paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı start götürüb.
Bu dəfəki Şopinq Festival birincidən çox fərqli və daha yeni imkanlar vəd edir. Noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır.
Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və AzərTürkBankdır.
Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - “Bravo” hipermarketi və “Neptun” supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar.
Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir.
Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün Park Bulvar Mall-da isə “Şopomania” oyunu, 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət Uğurlu Çarx əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.
“Festival Sürprizləri”: Lotereyada oyna və hədiyyə qazan!
Festival müddətində həyata keçiriləcək poz-qazan formatında hazırlanmış Ani Stimullaşdırıcı Lotereyalar zamanı müştəri digər iştirakçıları gözləmədən qazanmaq şansı əldə edir. Festival dövründə Bakı Şopinq Festivalı iştirakçısı olan istənilən mağazadan bir dəfəyə 100 AZN və daha çox alış-veriş edən hər bir kəs lotereya iştirakçısı ola bilər. Festival zamanı 100 – 500 AZN-lik alış-veriş edənlər 1 bilet, 500 AZN və daha çox alış-veriş edənlər isə 2 bilet əldə edə biləcəklər.
Tax Free nədir və kimlərə şamil olunur?
Bütün dünyada geniş yayılan tax free - xarici vətəndaşlar tərəfindən alınmış və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasıdır.
Azərbaycanda da son illərdə alınan malların ƏDV-si turistlərə geri qaytarılır. Onlar Tax Free loqosu olan mağazalarda alınan mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edərkən hava limanında geri ala bilirlər.
Bu ildən başlayaraq, paytaxtımızda təşkil edilən Bakı Şopinq Festivalı sayəsində ölkəmizdə Tax Free anlayışı xarici ölkələrlə müqayisədə daha cəlbedici olub. Belə ki, digər ölkələrdə Tax Free yalnız xarici turistlərə şamil edilirsə, Azərbaycanda bu sistemdən yerli əhali də yararlana bilir. Azərbaycan vətəndaşları da aldıqları mallara görə ödədikləri ƏDV-nin bir qismini geri ala bilirlər.
Bundan başqa, şopinqin inkişafı məqsədilə, ölkəmizdə “Tax-Free” üçün minimal alış məbləği də aşağı endirilib. Yəni, başqa vaxtlarda yalnız xarici vətəndaşlar üçün təqdim olunmuş Tax Free üçün minimum 300 AZN həddindədirsə Bakı Şopinq Festivalı dövründə həm turistlərin, həm də yerli vətəndaşların 100 AZN-dən yuxarı alış-verişlərinə tətbiq edilir. Bu isə o deməkdir ki, bir mağazadan toplam məbləği 100 AZN-dən yuxarı olan alış-verişlərin müəyyən hissəsi alıcıya qaytarılır. Alış zamanı satıcı alıcıya elektron vergi hesab fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir. ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə bilərsiniz.
Fakturanı ƏDV köşkündə tədiqlətdiyi gün ƏDV məbləği fesivalın müvəkkil bankında alıcıya qaytarılır. ƏDV qaytarılması kampaniyası yalnız qeydiyyatdan keçmiş festival mağazalarından alınan mallara aid edilir. Müvəkkil bankların siyahısı ilə festivalında saytında olan http://bakushopfest.com/muvekkil-banklar/ keçidindən tanış ola bilərsiniz.
Bakı Şopinq Festivalı zamanı hansı mağazalardan alış-veriş zamanı ƏDV-nin gismini geri ala biləcəyinizi öyrənmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: http://bakushopfest.com/our-stores/
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub və nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdır.
Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:
Telefon: 0124982063 E-mail: [email protected] Web: www.bakushopfest.com
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 6 saat sonra
-
- 4 saat sonra
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
