2020-də Azərbaycanda iqtisadi artım "fışqıracaq"
Azərbaycan hökuməti 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) real artımını 1,5 faiz həcmində proqnozlaşdırır.
"Marja"xəbər verir ki, bu barədə 2018-ci il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələrində bildirilir.
Sənədə əsasən, gələn il Azərbaycanın ÜDM-nin 69,4 milyard manat olacağı gözlənilir. ÜDM-də qeyri-neft sektorunun payının 2,9 faiz artaraq 47,6 milyard təşkil edəcəyi gözlənilir.
Azərbaycan ÜDM-nin 83 faizinin özəl sektorda formlaşacağı gözlənilir.
2020-də Azərbaycanda iqtisadi artımın 3,7%-ə qalxacağı gözlənilir.
2016-cı ildə ölkənin ÜDM-i 3,1 faiz azalmışdı. Bu il ölkə iqtisadiyyatının 0,3 faiz artacağı və artımın 2021-ci ilədək davam edəcəyi gözlənilir.
2017-2021-ci illərdə Azərbaycan ÜDM-nin artımı üzrə hökumətin proqnozu
2017-ci il | 2018-ci il | 2019-cu il | 2020-ci il | 2021-ci il | |
ÜDM-in həcmi (milyard manatla) | 68,164 | 69,396 | 72,727 | 77,403 | 81,053 |
Real ÜDM (%-lə) | 0,3 | 1,5 | 1,4 | 3,7 | 2,9 |
2018-ci il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər - 19,476 milyard manat, yerli - 650,671 milyon manat), xərcləri 20,905 milyard manat (o cümlədən mərkəzləşdirilmiş xərclər - 20,182 milyard manat, yerli - 724,092 milyon manat) səviyyəsində proqnozlaşdırılır.
2018-ci il dövlət büdcəsində neftin qiyməti ilə bağlı proqnoz 45 dollar/barel təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







