Azərbaycan, İranın avtomobil istehsalçılarının "radarında"
İranın əsas avtomobil istehsalçıları "İran Khodro" və "SAİPA" xarici bazarlardakı mövqelərini gücləndirəcəklər. “Iran Khodro” şirkəti xüsusilə Azərbaycan və İraq bazarında iştirakını genişləndirmək niyyətindədir.
Bu barədə İran mətbuatına istinadən xəbər verir.
“Iran Khodro”nun açıqlamasına əsasən, şirkət ekonom avtomobillərin ixracını əsas hədəf kimi qoyub. Əsas ixrac istiqamətləri isə Əlcəzair, Azərbaycan, İraq, Oman, Seneqal və Tunisdir. Bu barədə şirkətin icraçı direktoru Haşem Yekezare bildirib.
Xatırladaq ki, “Iran Khodro” və Azərbaycanın “Azermash” şirkətləri arasında 2016-cı ildə imzalanmış birgə əməkdaşlıq sazişinə əsasən, hazırda iki şirkət 15 mln. dollar həcmində ilkin investisiya qoymaqla Neftçala Sənaye Məhəlləsində birgə zavod tikir. Yaxın aylarda fəaliyyətə başlayacaq zavodda “Dena”, Runna”, “Samand” və “Seron” markalı avtomobilllər istehsal ediləcək.
“Iran Khodro” şirkətinin rəhbəri bildirib ki, tərəflər əməkdaşlığı genişləndirmək üçün razılığa gəliblər, Azərbaycan tərəfi birgə istehsalda öz investisiyalarını artırmağa razılaşıb. Onun sözlərinə görə, birgə müəssisənin istehsal etdiyi avtomobillər digər regionların bazarlarına da ixrac ediləcək. Məsələn, razılaşmaya əsasən istehsal edilən nəqliyyat vasitələrinin 20%-i MDB ölkələrinin, ilk növbədə Qazaxıstan və Belorusun bazarlarına çıxarılacaq.
Qeyd edək ki, “Iran Khodro” Azərbaycanda fəaliyyətinə 2005-ci ildə yerli istehsalı olan “Samand”ın satışı ilə başlayıb. Son onlillikdə ölkədə 4 500 İran avtomobili satılıb.
İranın digər avtomobil istehsalçısı "SAİPA" da xarici bazarda fəaliyyətini genişləndirməyi planlaşdırır. Hazırda şirkət İraq, Livan, Azərbaycan, Ermənistan, Türkmənistan, Özbəkistan, Misir, Tunis, Liviya, Seneqal, Kot-d’İvuar, sudan və Cibutiyə ixrac həyata keçirir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















