Natiq Əliyev Vyetnama gedir
Yanvarın 16-da Vyetnamın paytaxtı Hanoyda iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.
İclasda Azərbaycan və Vyetnamın sosial-iqtisadi inkişafı barədə qarşılıqlı məlumatlar diqqətə çatdırılacaq. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. İkitərəfli əməkdaşlığın inkişaf istiqamətləri kimi enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, hüquq və məhkəmə, mədəniyyət, turizm, idman və gənclər sahəsində yeni təkliflər nəzərdən keçiriləcək. Mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün müvafiq razılıqların əldə edilməsi məsələlərinə baxılacaq.
Vyetnam tərəfin təqdim etdiyi statistik məlumatlara əsasən, 2016-ci ilin birinci yarısında, Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 51,9 milyon dollar olub. Azəbaycana 4,5 milyon ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib. Həmçinin Azərbaycandan 47,3 milyon ABŞ dolları həcmində idxal əməliyyatları aparılıb. İki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli və strateji baxımdan prioritet sayılır. Qeyd edək ki, 2015-ci ildə Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Vyetnam neft emalı sektorunun genişləndirilməsi və modernləşdirilməsində Azərbaycanın iştirakına, Xəzərdə neft yataqlarının kəşfiyyatı və işlənməsinə, neft-qaz sahəsində kadrların hazırlanmasında təcrübənin mənimsənilməsinə, eləcə də xam neft, təbii qaz və neft məhsullarının ticarəti ilə bağlı müştərək layihələrin həyata keçirilməsinə maraq göstərir. Bununla yanaşı, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi planlaşdırılır. Bütün bu məsələlərin Komissiyanın iclasında müzakirəsi və həmsədrlərin Azərbaycan və Vyetnam arasında Hökumətlərarası Komissiyanın 1-ci iclasının yekun protokolunu imzalaması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 d. əvvəl
- 12 d. əvvəl
- 29 d. əvvəl
-
32 d. əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
-
33 d. əvvəl
Qeyri-neft ixracında lider dəyişib - İlk onluğun ümumi ixracı 2 dəfədən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"







.jpg)









.jpg)







