Azərbaycanın daha iki qızıl yatağında hasilata başlanılır
"Anglo Asian Mining" şirkəti 2017-ci ilin son rübündə "Qədir" yatağında hasilatı bərpa edə bilər. Bu barədə şirkətin baş icraçı direktoru Reza Vəziri bildirib.
"Fevral ayından etibarən yataqda kəşfiyyat işləri aparılırdı. Kəşfiyyat işləri sübut etdi ki, son rübdə "Qədir" yatağında hasilata başlamaq olar", - deyə o vurğulayıb.
R. Vəziri əlavə edib ki, "Qədir" və "Gədəbəy" yataqlarında yeraltı minerallaşma prosesi gedib: "Beləliklə, mövcud olan tunelin genişlənməsi 2018-ci ilədək davam edəcək".
"Ordubad" yatağındakı duruma toxunan şirkət rəhbəri deyib ki, o qədər baha olmayan geoloji kəşfiyyat işləri uğurla başa çatdırılıb. "Nəticələr ümidvericidir. Belə ki, yeraltı və yerüstü minerallaşma təsdiqlənib", - deyə R. Vəziri bildirib.
Onun sözlərinə görə, "Uğur" yatağında kəşfiyyat işləri davam etdirilir.
"Biz yeni və mövcud yataqlarda kəşfiyyat işlərinə köklənmişik. Bir müddət öncə biz bəyan etdik ki, "Uğur" yatağında istehsal prosesinin başlanması ilə cari ilin üçüncü rübündə hasilatımız artacaq. 2017-ci ilin geridə qalan hissəsinə nəzər saldıqda deyə bilərəm ki, bu müddət ərzində biz hasilat prosesini optimallaşdırdıq, lakin əldə etdiyimiz yeni bilgilərlə səbrsizliklə 2018-ci ilin ilk rübündə hasilatın bərpasına ümid edirik", - deyə R. Vəziri bildirib.
Sentyabrın 13-də "Anglo Asian Mining" bəyan edib ki, Daşkəsən rayonundakı "Uğur" yatağında qızıl hasilatına başlayıb.
"Uğur" yatağı 2016-cı ilin oktyabr ayında kəşf edilib.
Şirkətin məlumatına əsasən, sentyabrın 1-dən 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib.
Həmin vaxt R. Vəziri bildirib ki, rəhbərlik etdiyi şirkət 2017-ci ildə Azərbaycanda 64-72 min unsiya qızıl hasil etmək niyyətindədir.
"Uğur" yatağından çıxarıla bilən qiymətli metal ehtiyatları 147 min unsiya qızıl və 808 min unsiya gümüş təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində "Gədəbəy" yatağından hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə "Gədəbəy" yatağından başlanılıb. "Qoşa" yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət "Qədir" yatağında qızıl hasilatına başlayıb.
"Anglo Asian Mining" cari ilin ilk yarısında qızıl külçələrin satışından 19,423 mln. dollar əldə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)



.jpg)




