Torpaq sahələrinə tələb kəskin azalıb - 30 faizdən çox qiymət azalması
2016-cı il ərzində Bakıda torpaq bazarında həm aktivlik aşağı səviyyədə olub, həm də qiymətlərdə azalma müşahidə olunub. Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, son vaxtlar torpaq sahələrinə marağın kəskin şəkildə azalması müşahidə olunur:
“Əvvəllər fərdi yaşayış evlərinin tikintisi ön sırada dururdu, amma indi fərdi yaşayış evlərinin tikintisində də ciddi geriləmələr müşahidə olunur. Kiçik torpaqlara maraq xeyli dərəcədə azalıb. Bütövlükdə bu, torpaq bazarına mənfi təsir göstərib. İl ərzində bazar üzrə 30 faizdən çox qiymət azalması müşahidə olunub. Əsas qiymət azalması ilin ikinci yarısında baş verib”.
Eskpert vurğulayıb ki, məhz ilin ikinci yarısında torpaq qiymətlərinin azalmasının dəqiq səbəblərini tam olaraq təhlil etmək hələ ki, mümkün deyil: “Bu, makroiqtisadi göstəricilərlə və digər məsələlərlə müşahidə oluna bilər, amma bu prosesin bizə məlum olmayan tərəfləri də var. Səbəblərdən biri də odur ki, insanlar sənədsiz torpaqlara əvvəllər pul qoymaqdan çəkinmirdilər və bunun risklərini o qədər də nəzərə almırdılar. Ancaq son dövrlərdə bu risklər ciddi nəzərə alınır”.
R.Osmanlının fikrincə, torpaq bazarında qiymətlərin azalmasının digər bir səbəbi də dövlət əmlakının özəlləşdirilməsi zamanı xeyli sayda boş torpaq sahələrinin özəlləşdirilməsidir: “2016-cı il ərzində ayrı-ayrı ərazilərdə təqribən 1500-dən artıq torpaq sahələri özəlləşməyə çıxarılıb. Bu isə torpaq bazarında təklifi xeyli dərəcədə artırıb”.
Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinə gəlincə isə R.Osmanl bildirib ki, ən bahalı torpaq sahəsinin bir sotu 500 min manatdan yuxarıdır, ən ucuz torpaq sahəsinin isə qiyməti 1500 manatdan başlayır: “Ən bahalı torpaq sahələri paytaxtın Səbail və Nəsimi rayonlarında mərkəzə yaxın və mərkəz hissələrdədir. Ucuz torpaq sahələri isə daha çox bağ massivlərində - Buzovnadan Maştağaya gedən yolun içəri hissələrində, Binə qəsəbəsində və Qaladadır”.
© Trend
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























