Nazir: "Borcunu ödəməyən 1700 nəfəri məhkəməyə vermişik"
Hazırda Azərbaycan əhalisinin təxminən 37%-i kənd təsərrüfatı sahəsində çalışır.
Bunu 1 noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
H.Əsədovun sözlərinə görə, dövlət başçısının da dediyi kimi, neft gəlirlərinin artdığı, əhalinin asan gəlir əldə etdiyi dövrdə kənd təsərrüfatına göstərilən diqqət kifayət qədər olmayıb: "Son 4 il ərzində 260-a qədər Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları qəbul olunub. Bu, hər həftəyə bir fərman, qərar yaxud sərəncamın dəyişilməsi deməkdir".
Nazir qeyd edib ki, "Aqrolizinq" ASC son 4 ildə 20 mindən çox texnika gətirib: "Bu il ərzində isə 10 min texnika gətirilib. Bu isə hər ay 800 texnikanın gətirilməsi, satışı və quraşdırılması deməkdir. "Aqrolizinq"lə bu işə başlayanda mənə deyirdilər ki, siz uğursuz işlə məşğul olursunuz".
H.Əsədov Nazirliyin məhkəmə çəkişməsindən də danışıb: "O gün hüquq şöbəsini qəbul etmişəm. Mənı deyirlər ki, təkcə bu il kənd təsərrüfatı texnikasına görə borcunu ödəməyən 1 700 nəfəri məhkəməyə vermişik".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
-
45 d. əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
1 saat əvvəl
"Bankımız 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müştərilərə keşbek və “ƏDV-geri al” üzrə 100 milyona manata yaxın ödəmiş etmişik"
-
1 saat əvvəl
"Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
-
1 saat əvvəl
Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
-
1 saat əvvəl
“Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik"
-
2 saat əvvəl
"Kapital Bank"ın Sədrindən biznes kreditlərilə bağlı açıqlama - "Orta faiz dərəcələri düşür"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank bazara yeni kredit kartı təqdim etməyə hazırlaşır