Expressbank Visa kart sahiblərinə eksklüziv təkliflər elan edir
Expressbank-ın Visa kartları ilə hətta dünyanın ən iri miqyaslı festivallardan biri olan Dubay Şoppinq Festivalı müddəti ərzində sərfəli alış-veriş etmək, ən lüks otellərdə otaq sifariş etmək çox sərfəlidir. Dubay Şoppinq Festivalı müddətində müştərilər Expressbank-ın Visa kartları ilə inanılmaz təkliflər aləminə yollanmaq imkanını əldə edəcəklər və ən əsası Jumeirah otellərində 25%-dək endirimləotaq sifarişi edə biləcəklər.
Təklif 01-28 yanvar 2017 tarixləri ərzində Visa kartı ilə ödəniş şərtilə keçərlidir.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron kartlarını 6 AZN, Visa Classic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 d. əvvəl
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
-
-
20 d. əvvəl
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
-
26 d. əvvəl
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
-
32 d. əvvəl
Rəqabət orqanı Regional Su Meliorasiya Xidmətində araşdırma aparır
-
38 d. əvvəl
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
51 d. əvvəl
"N.Nərimanov" metrosu yaxınlığında, faizsiz kreditlə, premium mənzillər
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Reytinq agentliyindən Azərbaycanın valyuta məzənnəsi rejimilə bağlı proqnoz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb
Ən çox oxunanlar
Rusiyada Çin şirkətlərinin sayı 5 ildə 10 dəfə artıb
"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
"Rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir"
“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
Martın 11-də gözlənilən hava şəraiti
Dövlət Vergi Xidməti 2 ayda 3 milyard manatdan çox vergi yığıb























