Venesuelada ən iri əskinas dövriyyəyə buraxılır
Hiper inflyasiya ilə boğuşan və nağd pul sıxıntısı çəkən Venesuelada, ölkə tarixinin ən böyük əskinası tezliklə dövriyyəyə buraxılacaq.
"Marja" xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro, milli televiziyada verdiyi açıqlamada, gələn həftə 100 min bolivar əskinasın dövriyyəyə buraxılacağını, minimum əmək haqqının 30 faiz və pensiyaların da artırılacağınıı bildirib.
Yalnız 2,5 ABŞ dolları dəyərində olan yeni əskinas, Venesuelada nağd sıxıntısını ortadan qaldırmağı hədəfləyən iqtisadi siyasətdə yeni bir addım olaraq görülür. İqtisadçılar, Maduronun gördüyü tədbirlərin, iqtisadi və sosial böhranın yaşandığı neft ölkəsində inflyasiyanı sakitləşdirməkdən çox artıracağı fikrindədirlər.
Venesuelada ilin əvvəlində 500, 5000 və 20 000 bolivar əskinasları dövriyyəyə buraxılmış, ancaq tələbatı ödəmirdi.
Maduronun açıqladığı tədbirlər, müxaliflər tərəfindən tənqid edilib. Müxalifətçi Henrique Capriles, Twitter hesabından verdiyi açıqlamada, "Dünyada ən yüksək inflyasiyaya sahibkən, maaşın artırılması Venesuelalı işçiləri dolamaqdır!" -ifadəsini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
34 d. əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Rəsmi məzənnələr açıqlandı
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
Ən çox oxunanlar
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
























