Şagirdlər “Yaşıl çay” təsərrüfatı üçün çay əkiblər
Lənkəran Peşə Liseyinin bir qrup müəllim və şagirdi “Yaşıl çay” MMC-nin təsərrüfatında olub.
Şagirdlər təsərrüfatın təcrübəli çaybecərənlərinin rəhbərliyi altında ilk dəfə çay bitkisi əkiblər.
Rəhbərlik etdiyi təhsil ocağının belə təcrübə sahəsinə ciddi ehtiyacının olduğunu deyən liseyinin direktoru Afər Kərimov bildirib: ““Yaşıl çay” fermer təsərrüfatı 1 hektar sahəni təcrübə keçmək məqsədilə bizim ixtiyarımıza verib. Çalışacağıq ki, burada həm şagirdlərimiz təcrübə qazansın, həm də bizə tapşırılan işi keyfiyyətlə görməklə təsərrüfatın işinə köməyimizi göstərək”.
Diqqətə çatdırılıb ki, ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə dövlət müəssisəsi olan Lənkəran Peşə Liseyi ilə özəl aqrar təsərrüfatın birgə layihəsi ölkəmizdə ilk dəfədir həyata keçirilir.
“Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yağubov qeyd edib ki, hazırda aqrar sahə üzrə mütəxəssislərə ciddi ehtiyac duyulur.
Lənkəran Peşə Liseyi ilə bağlanmış memoranduma əsasən liseyə 1 hektar torpaq sahəsinin ayrıldığını vurğulayan A.Yaqubov şagirdlərin çay əkinində həvəslə iştirak etdiyini və bugünkü təcrübənin onların gələcək fəaliyyəti üçün xüsusi önəm daşıdığını bildirib.
Qeyd olunub ki, qış aylarında isə liseyin çilingər qrupunun şagirdlərinə maşın və texnikaların təmiri, yaz əkininə hazırlanması işlərində iştirak etmək üçün lazımi şərait yaradılacaq.
A.Yağubov Lənkəran Dövlət Universiteti ilə də birgə fəaliyyət proqramının həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
18 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
20 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
22 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
23 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
23 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 23 saat əvvəl