Azərbaycanda yeni videoportal yaradıldı
Azərbaycanda videoxəbərlərin təqdim olunması, eləcə də, gündəmə uyğun maraqlı videoların yerləşdirilməsi məqsədilə Bax.tv video portalı yaradılıb. Portal Azərbaycanda və dünyada baş verən müxtəlif mövzulu hadisə və xəbərləriqısa və ortametrajlı videolar vasitəsilə,24 saat ərzində geniş auditoriyaya çatdırır.
Müasir dizayn və rahat naviqasiyaya malik olan Bax.tv portalı informativ və populyar videoları izləyicilərin ixtiyarına verir.
Bax.tv video plaftorması müxtəlif xəbər saytlarına videokontentin yerləşdirilməsi imkanı yaradır. Ölkənin populyar xəbər saytları bu platforma vasitəsilə video yükləyə və xüsusi kod əldə edərək, portalda təqdim olunan videonu öz saytlarına yerləşdirə bilərlər.
Saytın layihə rəhbəri Araz Davudun sözlərinə görə, yeni yaradılan portal izləyicilər üçün maraqlı videoxəbərlər təqdim edəcək: “Videoların seçimi yerli auditoriya üçün nəzərdə tutulub. Biz xəbərləri videolar vasitəsilə çatdıracağıq. Bu da oxucuları müxtəlif saytlara daxil olub xəbər oxumaqdan azad edəcək. Fikrimizcə, videokontentə artan maraq bu layihəninuğur qazanmasında önəmli faktor olacaq”.
Bax.tv, portalda qeydiyyatdan keçən istifadəçilərinvideokontentini monetizasiyaetmək imkanı da yaradır. Əgər hər hansı istifadəçinin maraqlı videolarıvə izləyici auditoriyası varsa,Bax.tv ilə qazana bilər. Bunun üçün saytda qeydiyyatdan keçmək və izləyicinin diqqətini cəlb edəcək kontent yerləşdirmək kifayətdir.
Yaxın gələcəkdə saytın mobil əlavəsinin təqdim olunması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
-
11 saat əvvəl
gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
-
12 saat əvvəl
Babək prospektində işıqforlar quraşdırılacaq, yarımdairə ləğv ediləcək
-
13 saat əvvəl
Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi
- 13 saat əvvəl
-
15 saat əvvəl
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib
-
15 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
15 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
15 saat əvvəl
"Biz bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik"
- 15 saat əvvəl
- 15 saat əvvəl