"Azər Türk Bank" gələcək planlarını açıqladı
Fəaliyyətə başladığı ilk gündən “Azər Türk Bank” daha çox korporativ sektoru hədəfləyib və hazırda əsasən kiçik və orta biznes nümayəndələrinə, müxtəlif şirkətlərə, onların menecerlərinə və əməkdaşlara xidmət göstərir.
Bunu bankın strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, bank eyni zamanda fiziki şəxslər üçün də xidmətlərini inkişaf etdirir. L.Məmmədova xüsusilə bank tərəfindən riteyl seqmenti üçün təklif olunan yenilikləri qeyd edib.
Bank istehlak kreditlərinin verilməsinə başlayır
L.Məmmədovanın sözlərinə görə, bank az aylıq gəliri olan şəxslərə istehlak kreditləri təqdim etməyə başlayıb: “Hətta aylıq əməkhaqqı 200 manat təşkil edən şəxslər də banka müraciət edib kredit ala bilər. Borcalanın öz ödəniş qabiliyyətliliyini təsdiq etməsi kifayətdir. Əlbəttə, digər bank qarşısında kredit borcu bəzi çətinliklər yarada bilər, amma ən ideal halda 200 manat əməkhaqqı alan şəxs 2000 manatadək kredit ala bilər. Gəlirlərindən asılı olaraq müştərilər 15 min manatadək kredit əldə edə bilərlər”.
Onun sözlərinə görə, ən böyük üstünlüklərdən biri əlavə sığorta yığımlarının olmamasıdır: “Bildiyiniz kimi, bir çox hallarda müştəri kredit alarkən nağdlaşdırma komissiyası ilə yanaşı, sığorta rüsumu da ödəməlidir. Bu yolla banklar öz risklərini azaldır. Biz isə bu məsələyə digər nöqtədən baxırıq, ona görə də bu riski öz üzərmizə götürmüşük. Əgər bazarı təhlil etsək, görərik ki, kredit üzrə faiz dərəcəsi də çox sərfəlidir – 26 faizdən başlayaraq. Digər müsbət cəhət isə ondan ibarətdir ki, saytımız vasitəsilə borcalan kredit üçün onlayn müraciət edə bilər”.
Kart sahibləri üçün yeni imkanlar
L.Məmmədova qeyd edib ki, “Azər Türk Bank” həmçinin, bankın plastik kart sahibləri üçün yeni xidmətlər təklif edir. “MilliÖn”lə əməkdaşlıq çərçivəsində “Azər Türk Bank”ın müştəriləri kredit borclarını “MilliÖn” terminalları vasitəsilə ödəyə biləcək: “Biz müntəzəm olaraq yeni layihələr həyata keçiririk. Məsələn, bizim xidmət şəbəkəmiz kifayət qədər genişdir və biz öz müştərilərimizə istənilən bankın bankomatlarında komissiyasız nağdlaşdırma təklif edirik. Amma biz kart biznesimizi genişləndirmək istərdik, ona görə də müştərilərin rahatlığı üçün onlara yeni xidmət təklif etməyi qərara aldıq. “MilliÖn”lə əməkdaşlıq çərçivəsində “Azər Türk Bank”ın müştəriləri bundan sonra kredit borclarını “MilliÖn” terminalları vasitəsilə ödəyə biləcək. Bundan başqa, hər bir “MilliÖn” terminalını “Azər Türk Bank”ın “cash-in” bankomatı kimi istifadə etmək olar. Yəni, hər bir müştəri öz kartındakı vəsaitləri “MilliÖn” terminalları vasitəsilə yükləyə bilər”.
Naxçıvandakı yenilənmiş filial
L.Məmmədova bildirib ki, “Azər Türk Bank” yaxın zamanlarda Naxçıvandakı filialının yeni binasını açmağa hazırlaşır.
Onun sözlərinə görə, iki ildir ki, fəaliyyət göstərən filial yeni, ikimərtəbəli binaya köçəcək: “Filialın indiki binası müştərilərimizə zəruri xidmətləri göstərməyə imkan vermir. Filial təkcə Naxçıvan şəhərinə deyil, muxtar respublikanın digər rayonlarına da xidmət göstərdiyi üçün, ona tələbat da çoxdur. Genişləndirilmiş filial həcminə görə iki filiala bərabər olacaq”.
Bank rəqəmsallaşdırmanı hədəfləyib
L.Məmmədovanın sözlərinə görə, ilin sonunda “Azər Türk Bank” hüquqi şəxs olan müştərilərinə internet bankçılıq proqramının son versiyasını təqdim edəcək. Bundan başqa, fiziki şəxslərə yeni mobil bankçılıq proqramı təqdim olunacaq.
Bu proqramlar vasitəsilə müştərilər bütün əməliyyatları – kredit, cari və kart hesablarını izləmək, “card-to-card” əməliyyatlarını həyata keçirmək və digər əməliyyatları yerinə yetirə biləcək: “Biz çox ambisiyalıyıq və istəyirik ki, internet bankçılıq proqramımız ölkədə ən yaxşı olsun. Fiziki şəxslərə gəlincə, bildirmək istəyirəm ki, hazırda 40 minə yaxın plastik karta xidmət göstərilir, onların böyük əksəriyyəti əməkhaqqı kartlarıdır. Ona görə də biz korporativ seqmentlə yanaşı, riteyl sektorunun da inkişafını hədəfləyirik”.
Onun sözlərinə görə, gələcəkdə bank hüquqi şəxslər üçün banka gəlmədən bütün əməliyyatları yerinə yetirməyə imkan verən yeni onlayn xidmət yaratmağı planlaşdırır: “Bu cür xidmətlər Rusiyada “Tinkoff Bank”da və “Bank Toçka”da mövcuddur. Ona görə də biz müntəzəm olaraq xarici ölkələrə səfər edirik və öncül bankların innovasiyaları ilə tanış oluruq”.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
7 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
9 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
9 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














