“Türk Hava Yolları”na məxsus təyyarə qəzaya uğrayıb, 32 ölü - YENİLƏNİB
“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.
Bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.
08:45
Bişkekdə Turkish Airlines şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
RIA Novosti-ninistinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib.
08:00
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb.
Reuters agentliyinin verdiyi xəbərə görə, qəza təyyarə eniş edərkən baş berib.
İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.
***
07:20
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə “Manas” hava limanının mətbuat xidməti məlumat verib.
Təyyarənin göyərtəsində olanların taleyi barədə hələ ki, məlumat yoxdur. İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. Hadisə yerində yanğın başlayıb. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 d. əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
-
5 d. əvvəl
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb
- 14 d. əvvəl
- 30 d. əvvəl
-
31 d. əvvəl
ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb
- 32 d. əvvəl
-
36 d. əvvəl
KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq, məlumatlar ödənişsiz təqdim ediləcək
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 51 d. əvvəl