Dolları ucuzlaşdıra biləcək saldo - idxal yerində sayıb, ixrac kəskin artıb
2017-ci ilin 10 ayı ərzində (yanvar-Oktyabr) Azərbaycanın ticarət əməliyyatlarının həcmi 16 milyard 12 milyon 583.00 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin anoloji dövrü ilə müqayisədə ticarət əməliyyatlarının həcmi 13.1% artıb.
Cari ilin 10 ayında idxal əməliyyatları üzrə 6 milyard 958 milyon 381.25 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard 54 milyon 201.75 min ABŞ dolları məbləğində əməliyyat həyata keçirilib. Saldo müsbət 2 milyard 95 milyon 820.50 min dollar olub.
2016-cı ilin 10 ayı ərzində idxal əməliyyatları üzrə 6 milyard 957 milyon 998.81 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 7 milyard 195 milyon 699.01 min ABŞ dolları məbləğində əməliyyat həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə Azərbaycanın idxalı demək olar ki, dəyişməyib, ixracı isə 25,8% artıb.
Oktyabrda Azərbaycanın ixracı 910 milyon 663 min dollar, idxalı isə 780 milyon 754 mi dollar, saldo isə müsbət 129 milyon 908.4 min dollar təşkil edib.
Sentyabr ayı ilə müqayisədə Oktyabrda Azərbaycanın ixracı və idxalı azalıb.
Azərbaycan Mərkəzi Bankının sədri bildirib ki, tədiyyə balansının müsbət saldosu artdığından Dollar ucuzlaşa bilər. Tədiyyə balansının müsbət saldosunun artması neftin qiymətinin artması ilə bağlı olaraq Azərbaycanın ixracının artmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 56 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























