Köhnə direktorunun taladığı dövlət şirkəti mənfəət əldə edib
"Aztelekom" MMC 2016-cı ildə 10 milyon 259 min manat xalis mənfəət əldə edib.
"Marja" Şirkətin saytında dərc edilən maliyyə hesabatına istinadən bildirilir ki, dövlət şirkəti 2015-ci ili 20 milyon manat zərərlə bağlamışdı.
Ötən il şirkətin gəlirləri 5,1% artaraq 90 milyon 882 min manata çatıb. Telekommunikasiya və başqa xidmətlərin maya dəyəri 58 milyon 674 min manat təşkil edib. Eyni zamanda, şirkətin 28 milyon manat inzibati, ümumi və əməliyyat xərcləri olub. Bu xərclər illik müqayisədə 10 milyon manat azalıb (2015-də 38 milyon 146 min manat təşkil etmişdi). Xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 4 milyon 189 min manat təşkil edib. Bundan başqa, şirkətin 9 milyon 930 min manat əməliyyat gəliri də olub. Onun mənbəyi haqda hesabatda məlumat verilmir. Nəticədə ötən il "Aztelekom" 11 milyon 223 min manat balans mənfəəti əldə edib. Dövlət büdcəsinə 964 min manat mənfəət vergisi ödənilib.
2015-ci ildə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 42 d. əvvəl
-
-
52 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”























