Bakıda “Alfa Romeo”nun ilk SUV modeli təqdim edildi -QİYMƏTİ
“Fiat Chrysler” avtomobil qrupunun “Alfa Romeo” brendinin ilk SUV modeli “Stelvio”nun Azərbaycanda satışına başlanır. Noyabrın 16-da modelin Azərbaycanda təqdimatı baş tutub.
Qeyd edək ki, “Alfa Romeo” brendinin Azərbaycanda rəsmi dileri "Autolux Azerbaijan" şirkətidir. Şirkətin satış mərkəzi Bakıda Ü. Hacıbəyli, 57 C ünvanında yerləşir.
"Marja"nın məlumatına görə, "Alfa Romeo” brendinin tarixində ilk krosoverin Azərbaycandakı təqdimatına həsr olunmuş mətbuat konfransında "Autolux Azerbaijan" şirkətinin direktoru İbrahim Əhmədov bildirdi ki, “Alfa Romeo”nun ilk SUV modelinin adı İtaliyanın ən hündür, çətin və sərt döngəli dağ keçidi olan Passo dello Stelviodan götürülüb.
Bu gün tədim edilən “Alfa Romeo Stelvio”ya 2.0 litr həcmindəki "2-in-1 turbo" benzin mühərrik həyat verir. Bu mühərrik 8 pilləli avtomatik sürətlər qutusu ilə "əməkdaşlıq edərək" 280 at gücü və 400 Nm qüvvə momenti istehsal edir.
Gücünü dörd təkərə birdən ötürən Q4 adlı 4x4 sistemi ilə təchiz edilən “Stelvio”, sinfinin ən yaxşı göstəricisinə imza ataraq 0-dan 100 km/s sürətə 5,7 saniyədə çatır. Son sürəti 230 km/s olan 2,0 litr benzin Alfa Romeo Stelvio, 100 km-də orta hesabla 7,0 litr yanacaq sərf edir.
“Stelvio”nun 2,2 litr dizel və 2.9 litrlik benzin V6 cüt turbo mühərriki ilə (510 at gücü) təchiz edilən versiyaları da mövcuddur. Əgər sifariş olarsa bu versiyaların da satışı təmin oluna bilər.
Alfa Romeo Stelvio, 4680 mm uzunluq, 2160 mm en və 1671 mm hündürlük göstəriciləri ilə geniş bir salon sahəsini, yığcam (kompakt) ölçülərlə bir araya gətirir.
Stelvio-nun palçıq dəyəcək yerlərində, qapılarında, mühərrik kapotunda və baqaj qapağında yüksək keyfiyyətli alüminiumdan sitifadə olunub.
"Autolux Azerbaijan" şirkətindən brend meneceri Azər Cəlilov qeyd etdi ki, Premium SUV seqmentinə aid olan “Alfa Romeo Stelvio” 95500 manata təklif olunur. Sifarişdən asılı olaraq qiymət daha da aşağı ola bilər. Stelvio avtomobilini həm nağd, həm də sərfəli 5 illik kreditlə almaq olar. Şərtlərə əsasən ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 17% təşkil edir.
Mətbuat konfransında xüsusilə qeyd edildi ki, Avtolux Azərbaycan” şirkəti “Alfa Romeo" avtomobillərinə rəsmi servis xidmətləri göstərilir və anbarda ehtiyat hisələri mövcuddur.
Qeyd edək ki, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo” və “Abarth” “Fiat Chrysler Automobiles Group”un markalarıdır. İtaliya-ABŞ ortaq avtomobil istehsalçısı “Fiat Chrysler Automobiles Group”un markalarını Azərbaycanda "Autolux Azerbaijan" şirkəti təmsil edir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 27 d. əvvəl
-
29 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
37 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı







.jpg)








.jpg)




