"Möhtəşəm 100 gün"ün qalibləri məlum olub
01.10.2016-08.01.2017-ci il tarixlarini əhatə edən "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin öz müştəriləri üçün təşkil etdiyi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyanın qalibləri 14 yanvar 2017-ci il tarixində məlum olub.
Paytaxtın Alov qüllələr kompleksində, "Fairmont" hotelində möhtəşəm final mərhələsi keçirilib. Lotareya canlı şəkildə Araz Supermarketlər Şəbəkəsinin rəsmi youtube kanalında və facebook səhifəsində yayımlanıb.
Uduş fonduna görə öz sektorunda bir ilkə imza atan Araz və SPAR Supermarketlər Şəbəkəsi bu dəfəki lotareyaya 305 hədiyyə daxil etmişdi. Lotereyada "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd KİA Rio, 1 ədədKİA Sorento avtomobili, Türk Hava Yollarından 10 ədəd Bakı-İstanbul-Bakı aviabileti, Dost Tech mağazalar şəbəkəsindən 290 ədəd irili və xırdalı məişət texnikası – 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan maşın, 20 ədəd televizor, 20 ədəd noutbuk, 30 ədəd planşet, 60 ədəd tozsoran, 60 ədəd ətçəkən maşın, 70 ədəd şirəçəkən maşın - şanslı müştərilər tərəfindən qazanıldı.
Yüzlərlə müştəri lotareyanın gedişatını izləmək və qalib olmaq arzusu ilə "Fairmont" otelinə toplaşmışdı. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin aparıcısı olduğu tədbirdətanınmış müğənnilər də çıxış edirdi.
Uduşlu tirajda Dadaşov Eldar İsmət oğlu “Kristal Abşeron”-dan 2 otaqlı tam təmirli mənzil, Ələkbərova Fəridə Fərid qızı KİA Motors-dan KİA Sorento, Əlizadə Afaq Zaman qızı, Axundov Mehman Firudin oğlu, Əhmədova Sevər Əhməd qızıKİA Motors-dan KİA Rio qazandı.
Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara "Araz" və "Spar" supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu olmayıb.
Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" Supermarketlərində yerləşdirilən lotereya qutuları möhürlü şəkildə xüsusi çəkiliş qurupu və komissiyanın müşayəti ilə "Fairmont" otelinə gətirilmiş və lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və "Spar" Supermarketlər şəbəkəsindən 01.10.2016 – 08.01.2017-ci il tarixlərində hər 20 manatlıq alış-veriş edən bonuskartlı müştəri bir ədəd kupon-lorereya qazanırdı.
Lotareya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin rəsmi facebook səhifəsində yayımlanıb.Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən alış-veriş etdikləri Araz və SPAR supermarketlər şəbəkəsinin filiallarından 90 gün ərzində götürə bilərlər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















