“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıdır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham ƏLİYEV deyib:
-Hörmətli Sergey Viktoroviç, Sizi yenidən Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz bizim münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik.
Həmçinin ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd etmək istərdim. Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.
Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır.
Bir daha xoş gəlmisiniz. Əminəm ki, səfər, həmçinin münasibətlərimizin möhkəmlənməsi işində mühüm məqam olacaq.
x x x
Rusiyanın xarici işlər naziri Sergey LAVROV deyib:
-Hörmətli İlham Heydər oğlu, dəvətə və Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin siyasi dialoqumuza verdiyiniz qiymətlə tam razıyam. Lap bu yaxınlarda - noyabrın 1-də Rusiya Federasiyasının Prezidenti ilə Tehranda növbəti dəfə görüşdünüz. O, Sizə səmimi salamlarını çatdırır, məmnuniyyətlə Sizin görüşlərinizi xatırlayır. Biz Vladimir Vladimiroviçlə Sizin aranızda olan razılaşmaların yerinə yetirilməsinə sadiqik. Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ticarət dövriyyəsi bizim statistikaya görə, bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb. Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır.
Bu il Stavropolda uğurla keçirilmiş Regionlararası Forumu qeyd etməliyəm. Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetində çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Sabah məmnuniyyətlə bunu edəcəyəm. Həqiqətən də bizi birləşdirən əlaqələr çoxdur. Bir yaxşı nümunə: lap bu yaxınlarda Moskvada bizim kosmik proqramımızın banilərindən biri, SSRİ-nin Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimovun 100 illiyi qeyd edilirdi. Düşünürəm ki, tariximizin bu cür dövrləri bizi əvvəlki kimi birləşdirməli və yeni qarşılıqlı münasibətlərimizə göstərici olmalıdır. Biz, əlbəttə, mənim həmkarımla beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimizdən danışacağıq. Bu fəaliyyət davamlı şəkildə inkişaf edir.
Biz də, əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz Sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır. Bu qəbula görə bir daha sağ olun.
x x x
Prezident İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu

















.jpg)


