SOCAR-a məxsus şirkət avrobond ilə borc alacaq
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” emissiya etməyi nəzərdə tutduğu avrobond emissiyasının prospektini təsdiq üçün Türkiyə Baş Nazirlik Sərmayə Bazarı Qurumuna müraciət edib.
Bu barədə Şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.
“Şirkətimizin İdarə Heyətinin oktyabrın 27-də açıqlanan qərarına əsasən, maksimum 500 mln. ABŞ dolları nominal dəyərində bondun xaricdə yerləşdirilməsi ilə əlaqədar olaraq, emissiya prospektinin təsdiq edilməsi məqsədi ilə bu gün Baş Nazirlik Sərmayə Qurumuna müraciət edilib”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün 500 mln. dollara qədər avrobond emissiyası planlaşdırdığı barədə məlumat yaymışdır.
Bildirilib ki, avrobond emissiyasının yerləşdirilməsindən əldə ediləcək vəsaitdən əlavə resurslara ehtiyac olarsa, STAR-da pay almaq üçün əlavə mənbələrdən də istifadə ediləcək.
Daha əvvəl qeyd olunub ki, “Petkim” STAR zavodunda dolayı olaraq 7-9% pay almaq istəyir. Məlumata əsasən, bunun üçün "Petkim Holding" "SOCAR Turkey Enerji"dən sahib olduğu "Rafineri Holding"də 12-14% almağı planlaşdırır. Son açıqlamada isə bu faizlərin dəyişə biləcəyi qeyd edilib.
2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)







