Sahibkarlar nə üçün xarici toxumlara üstünlük verirlər?
Azərbaycanda soğan təsərrüfatında yerli toxumdan az istifadə olunur.
Bu barədə açıqlamasında Ağdam rayonundan olan sahibkar Nadir Hacıyev deyib.
Onun sözlərinə görə, ölkədə ən çox soğan təsərrüfatı ilə məşğul olan rayon Ağdam olsa da, bu rayonda yerli toxumdan istifadə olunmur: "Əsasən toxumu Türkiyədən gətiririk. Səbəb isə həmin toxumun məhsuldarlığının çox və xəstəliklərə davamlı olmasıdır. Rayonda yerli soğan toxumlarının yetişdirilməsi ilə məşğul olanlar var idi. Lakin həmin toxumların məhsuldarlığı az idi".
N.Hacıyev qeyd edib ki, təsərrüfatlarda rayon sahibkarları əsasən xarici toxumlara üstünlük verirlər: "Xaricdən gətirilən soğan toxumunun məhsuldarlığı çox olur. Yerli toxumların aqrotexniki qaydada yetişdirilməsi, becərdilməsi çətindir. Sahibkar yerli toxumdan istədiyi məhsuldarlığı ala bilmir. Digər tərəfdən, xaricdən gətirilən toxumlardan əldə edilən məhsulu saxlamaq olur, yerli məhsulda isə bu, alınmır. Bu səbəbdən sahibkarlar təsərrüfatlarda xarici toxuma üstünlük verirlər".
N.Hacıyev həmçinin deyib ki, xaricdən gətirilən toxumla əldə edilən məhsuldan növbəti il üçün toxum götürməyə şərait yoxdur: "Toxumu yetişdirmək üçün aqrotexniki qaydaları bilən mütəxəssislər yoxdur. Ona görə də, toxumlar hər il xaricdən gətirilir".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 d. əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)


