Fındığın alış qiyməti 40% qalxıb
Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas məşğuliyyət sahəsi və qazanc mənbələrindən biri hesab olunur. Rayonda istehsal edilən fındıq dünya bazarında keyfiyyəti ilə fərqləndiyindən ixrac potensialı da olduqca yüksəkdir.
Fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olub. 2016-cı ildə fındıq satışı ölkəmizə 105 milyon dollar valyuta gətirib.
Fındıq ixracının bu il 120 milyon manata çatacağı proqnozlaşdırılır.
Xarici bazarlarda fındığa olan yüksək tələbat, məhsulun dəyərli olması, nəqliyyata və uzun müddət saxlanılmağa davamlılıq son dövrlər Zaqatala əhalisinin bu sahəyə marağını daha da artırıb. Fındıqçılıq hazırda rayonun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan artırılaraq 17 min hektara çatdırılıb. Keçən il rayonda 8,9 min ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 13 min tona çatacağı gözlənilir. 2016-cı ildə rayonda fəaliyyət göstərən emal müəssisələri tərəfindən xarici ölkələrə 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə fındıq ixracının 120 milyon manata çatacağı proqnozlaşdırılır. Bu ilin ötən 10 ayı ərzində Zaqatalanın emal müəssisələri tərəfindən xarici ölkələrə artıq 95 milyon manat dəyərində fındıq məhsulları ixrac edilib.
Zaqatala fındığı Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər ölkələrə ixrac olunur.
Hazırda rayonda fındıq emalı və ixracı ilə məşğul olan xeyli sayda müəssisə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Zaqatala şəhərindəki “Azərstar” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus fındıq emalı zavodudur.
Müəssisənin direktoru İlham İsayev bildirib ki, 2006-cı ildə fəaliyyətə başlayan zavod ildə 3 min ton fındıq ləpəsi istehsal etmək gücünə malikdir. Hazırda zavodda təbii fındıq ləpəsi ilə yanaşı, qovrulmuş ləpə və fındıq unu da istehsal olunur. Fındığın qabığından isə zavodun özündə yanacaq kimi istifadə edilir. Müəssisədə istehsal olunan fındıq ləpəsi və digər məhsullar satış üçün Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər Avropa ölkələrinə göndərilir. Mövsüm vaxtı zavoddda 60 nəfərədək işçi çalışır. Onların orta aylıq əmək haqqı 250-300 manat arasındadır.
Müəssisənin texnoloqu Rasim İbrahimov bildirib ki, hazırda əhalidən tədarük edilən fındığın bir kiloqramının qiyməti keyfiyyətinə görə 3-3,5 manat arasında dəyişir. Mövsümün əvvəlində isə qiymət 2,5 manat olub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
32 d. əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 46 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
1 saat əvvəl
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
3 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Ən çox oxunanlar
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu







.jpg)












.jpg)

