Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AYİB Azərbaycanla "banklara maliyyənin ayrılması" üzrə əməkdaşlıq edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
AYİB Azərbaycanla "banklara maliyyənin ayrılması" üzrə əməkdaşlıq edə bilər

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən bildirilib ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşdə deyib. Görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.

 

Nazir Şahin Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və digər sahələrə dəstək göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və AYİB arasında mühüm layihələrdən olan “Cənub Qaz Dəhlizi” layihəsi həm Azərbaycan, həm də Avropa üçün önəmlidir. Bu baxımdan AYİB-in Direktorlar Şurasının “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin maliyyələşdirilməsinə vəsait ayırmasını təsdiq etməsi əhəmiyyətlidir.

 

AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafayev bankın infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına dəstək göstərməsinin önəmini diqqətə çatdırıb. Bildirilib ki, AYİB-in maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi nəzərdə tutulur. Azərbaycan tullantıların idarə olunması, ekoloji və kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə dəstək sahələrində də AYİB-lə əməkdaşlıq edir. Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək.

 

AYİB-in Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, lisenziyalaşdırma və digər sahələrdə aparılan islahatları vurğulayaraq, bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB Direktorlar Şurasının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə dair sənədi təsdiq etməsini qeyd edən Alan Pilo layihə çərçivəsində bankla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirildiyini və layihənin önəmli olduğunu vurğulayıb. Bildirilib ki, AYİB Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hər zaman dəstək göstərməyə hazırdır. Bundan başqa, KOS-lara maliyyə dəstəyinin göstərilməsi, banklara maliyyənin ayrılması və bərpa olunan enerji sahələrində də əməkdaşlıq imkanları genişdir.

23.11.2017 16:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ