Bağlanan bank “Başak-İnam”a olan borcunu geri qaytarıb
Bağlanan bank “Başak-İnam” sığorta şirkətinə olan borcunu qaytarmağa başlayıb. Söhbət iflas prosesində olan “Gəncəbank”dan gedir.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Məlumatda bildirilib ki, “Başak-İnam Sığorta Şirkəti” ASC-nin iflas prosesində olan “Gəncəbank” ASC və “Zaminbank” ASC-dəki bank hesablarında pul vəsaitləri mövcuddur.“Başak-İnam Sığorta Şirkəti” ASC hər iki bankda kreditorlar siyahısında qeydə alınıb və kreditorların reyestri məhkəmə tərəfindən təsdiq edilib.
Hər iki bankla danışıqlar davam etdirilir. “Gəncəbank”ASC artıq “Başak-İnam Sığorta Şirkəti”nın manat hesabında olan pul vəsaitini tam geri qaytarıb və yaxın zamanda qalan borcunu tranşlarla qaytarmağı planlaşdırır.
Palatadan bildilib ki, “Başak-İnam Sığorta Şirkəti” kreditorları qarşısında öhdəliklərini yerinə yetirmək üçün digər banklarda kifayət qədər pul vəsaitlərinə malikdir və Cəmiyyətin bütün sığorta növləri üzrə öhdəlikləri təmin ediləcəkdir.
Fins.az-ın əldə etdiyi məlumata görə, bankın sığorta şirkətinə ödədiyi məbləğin həcmi 500 min manata yaxındır. Adı çəkilən hər iki bank üzrə ümumi borcun həcmi isə 1 milyon manat civarındadır.
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





