“Biznesinizin uğurla irəlilədilməsi həlləri” - ÖDƏNİŞSİZ SEMİNAR
Siz kiçik və orta sahibkarlığa dayanıqlı dəstək məqsədi ilə “Harvard Business Consulting” və “STİMUL Education & Consulting” tərəfindən təşkil edilən “Biznesinizin uğurla irəlilədilməsi həlləri” seminarına dəvətlisiniz.
Tədbirin keçirilməsi tarixi və məkanı: 02.12.2017 saat 15:30.
Bakı ş., Cəfər Cabbarlı 44, Caspian Plaza 10-cu mərtəbə, "STİMUL Education & Consulting”in ofisi.
İştirak edə bilməyiniz üçün 2 Dekabr 2017-ci il tarixinədək ofisimizə gələrək 20 AZN depozit ödəyirsiz və Seminar günü seminarın sonunda Depoziti geri götürəcəksiz! İştirak etməyənlərə depozit qaytarılmır!
Online Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiz:
http://stimul.az/registration/?l=az vacib bölmələri doldurun və əlavə qeyd yerində fəaliyyət göstərdiyiniz müəssisə və ya təşkilatın adını və vəzifənizi qeyd etməyi unutmayın!
Depozit ödəyərək Qeydiyyatını təsdiqlədən hər kəs iştirak edə biləcək.
Master- klasda sahibkarlıq fəaliyyətində yarana bilən çətinliklərin aradan qaldırılması və effektiv idarəedilməsi ilə bağlı vergi, biznes idarəçiliyi, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, insan resurslarının (HR) idarə olunması istiqamətləri üzrə sahəsinin tanınmış ekspertləri öz təcrübələri ilə bölüşəcək, məsləhətlərini, tövsiyyələrini verəcəklər.
Master-klasda vergi sahəsində tanınmış ekspert baş vergi müfəttişi Dilqəm Göyüşov vergi qanunvericiliyi, vergi hesabatlarının hazırlanması, vergitutmanın optimallaşdırılması, yaranan çətinliklər və onların aradan qaldırılması kimi məsələrərin həlli yollarını müzakirə edərək öz təcrübəsini bölüşəcək.
Hər bir biznesin uğurlu aparılması və inkişafı üçün zəruri olan işçi heyyətinin seçimi, onların motivasiyası və səmərəli idarəedilməsi məsələlərinin təşkili ekspertimiz neft strukturunda HR menecer Sevinc Qarakişiyeva tərəfindən təklif olunacaq.
Sahibkarlıq fəaliyyətinə hüquqi dəstəyin verilməsi, əmlak münasibətləri sahəsində hüquqi məsləhət, biznesin islahatına hüquqi dəstək, layihələrin hüquqi müşayiəti məsələri ekspertimiz hüquqşünas Lalə Fərzəliyeva tərəfindən işıqlandırılacaq.
Biznesin idarə edilməsi üzrə ekspert Vidadi Baxışov biznesin qurulması, idarəetmədə yaranan çətinliklər, idarəetmənin effektivliyinin artırılması, aparıcı müştərilərlə işin qurulması, sahibkarlıq risklərin idarəolunması kimi məsələlərin müzakirəsini apararaq öz tövsiyələrini verəcək.
Ətraflı məlumat və qeydiyyat üçün:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza iş mərkəzi, 3-cü korpus, 12-ci mərtəbə
Tel: +994 12 497 07 35
Mob: +994 70 509 95 07
Mob: +994 55 235 67 06
Web: www.harvardbc.com
E-mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu




















