Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropa nəhəngləri hibrid-elektrik təyyarə üçün "qolları çırmaladılar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa nəhəngləri hibrid-elektrik təyyarə üçün "qolları çırmaladılar"

Avropanın qabaqcıl 3 aviasiya və texnologiya şirkəti birlikdə hibrid-elektrik təyyarə istehsal etmək üçün hərəkətə keçib.


 
"Marja" BBC-yə istinadən xəbər verir ki, Fransanın "Airbus", İngiltərənin "Rolls Royce" və Almaniyanın "Simens" şirkəti , "E-Fan X" adını verdikləri birgə layihə çərçivəsində "British Aviation" şirkəti tərəfindən istehsal edilən "BAe 146" sərnişin təyyarəsinə 3 reaktiv mühərriki və  1 elektrik mühərriki əlavə edəcəklər.

Reklam_3_11


 
Şirkətlər, Avropa Birliyinin (AB) aviasiyadan irəli gələn karbon emissiyalarının azaldılması tələblərinə cavab vermək üçün, layihə çərçivəsində 2020-ci ildə sınaq uçuşlarına başlamağı, təyyarəni 2025-ci ildə isə kommersiya istismarına vermək istəyirlər.


 
Almaniyanın Frankfurt şəhərində təşkil etdikləri mətbuat konfransında şirkətin sözçüləri, "nə üçün sırf elektriklə işləyən təyyarə istehsal etmədikləri" sualına, "elektrikli mühərrik batareyalarının və onları soyutmaq üçün lazım olan avadanlığın çəkisinin çox olması səbəbilə hələ ki, aviasiyada istifadə etmək üçün kifayət qədər praktik olmadığını" deyərək cavab veriblər.

29.11.2017 04:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ