Rəqibin yeni modelini heyran baxışlarla belə süzdülər
1 Dekabrda qapılarını ziyarətçilərə açacaq Los Anceles Avtomobil Sərgisi onlarca yeni modelə ev sahibliyi edəcək. 10 Dekabra qədər davam edəcək sərgi, Çərşənbə günü qapılarını mətbuat nümayəndələrinə açıb.
"Marja" xəbər verir ki, "Autonews"in prodüseri və aparıcısı Jennifer Vuong tərəfindən çəkilən bir rəsm isə olduqca diqqətçəkicidir.
Fotoda son zamanlar adını tez-tez eşitdiyimiz Tesla-nın "Model 3" avtomobilini gizli baxışlar ilə tədqiq edən (incələyən) iki mühüm şəxs var. Hələ satışa təqdim edilmədən bütün dünyada 400 mindən çox sifariş alan "Model 3", onların da marağına səbəb olmuşdur.
Bu şəxslərdən biri Tesla-nın mühüm rəqiblərindən biri olan Almaniyanın avtomobil nəhəngi Mercedes-AMG-nin İcraçı Direktoru Tobias Moers (solda), digəri isə Daimler AG-nin İdarə Heyətinin üzvü və Mercedes-Benz avtomobillərinin marketinq və satış müdiri Britta Seeger-dir.
"Tesla Model 3" ABŞ-da 35 min dollardan başlayır, ən yüksək qiyməti isə 65 min dollar olaraq müəyyənləşib. Ən təchizatlı "Tesla Model 3"ün, avtonom texnologiyası ilə bərabər, bir çox fərqli texnoloji xüsusiyyətləri var.
Bir çox nəhəng avtomobil istehsalçısı elektrik modellərini inkişaf etdirməyə hazırlaşıb, bir iki il ərzində bazara təqdim edəcəyini açıqlayarkən, Tesla 4-üncü modelini belə təqdim edib.
Buna görə, Los-Anceles sərgisində da ən diqqət çəkən stendlərin başında Tesla yer alır. "Model S", "Model X" və "Model 3"ü nümayiş etdirən amerikalı şirkət sərgidə qısa müddət əvvəl təqdim etdiyi və 100 km sürətə 1.9 saniyədə çatan idman modeli "Roadster"i nümayiş etdirmir.
Bazardakı ən böyük rəqibi Tesla qarşısında mövqeyini gücləndirmək istəyən Mercedes,10.8 milyard dollarlıq investisiya ilə 2022-ci ilə qədər Çində EQ brendi adı altında 10 elektrikli avtomobili istehsal edib, bazara çıxaracağını açıqlamışdı. Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniya şirkət Tesla-ya qarşı böyük bir həmlə edərək Sentyabrda Frankfurt Sərgisində da "Concept EQA" ilə gözdağı vermişdi.
"Concept EQA" ilə nə qədər ciddi rəqib olduğunu göstərmək istəyən Mercedes-in bütün açıqlamalarına baxmayaraq, elektrikli avtomobil məsələsində premium rəqiblərindən bir az geridə qaldığı da ortadadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























