OPEC bütün "kartlarını" oynadı, indi meydan ABŞ-ındır
Neft qiymətləri, ABŞ-da neft quyularının sayının artması ilə əlaqədar olaraq ucuzlaşır.
"Marja" xəbər verir ki, Baker Hughes Inc.-ın məlumatlarına görə, ötən həftə ABŞ-da qazılan neft quyularının sayı 2 artaraq 749 ilə Sentyabrın sonundan bu yana ən yüksək səviyyəsinə çıxıb. Neft quyularının artması yaxın gələcəkdə hasilatın da artmasına işarədir.
Ötən həftə, OPEC və aralarında Rusyanın da olduğu tərəfdaşları, hasilatın gündəlik 1.8 milyon barrel azaldılması müqaviləsinin müddətini 2018-ci ilin sonunadək uzadıblar. Qərar verilənədək nikbinliyin təsiri ilə neft qiymətləri yüksəlirdi.
Analitiklər bildirirlər ki, OPEC, hasilatın azaldılması müqaviləsini gələn ilin sonunadək uzadaraq əlindəki bütün kartları oynadı. ABŞ-da şist nefti istehsalçıları olduğu müddətcə, neft qiymətlərinin bu nöqtədən etibarən daha da yüksəlməsi çətin olacaqdır.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 45 sent düşərək bareli 57.91 dollara enib, Brent nefti, Londonda ICE Futures Europe birjasında 39 sent düşərək bareli 63.34 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























