Bitcoin üçün lalə çılğınlığı xəbərdarlığı
İsveçin "Riksbank"ının idarəçisi və Basel komitəsinin sədri Stefan Ingves, qiyməti son 1 ildə təxminən 17 dəfə artan Bitcoin sərmayəçilərinə təhlükə barədə xəbərdarlıq edib.
"Marja" xəbər verir ki, kripto pul vahidi adı ilə təqdim edilən Bitcoin üçün "kripto bir şey olduğu qətidir, amma kripto pul vahidi demək səhvdir" deyən Ingves, Bitcoin-in yüksək volatilliyi və mərkəzi banklardan açıq bir dəstək almaması səbəbilə riskli olduğunu deyib. Ingves lalə "köpüyü" (lalə çılğınlığı/dəliliyi) nümunəsini göstərib.
"Keçmişdə bu cür hadisələrə baxdıqda, Bitcoin-in Lalə soğanları "köpüyü" ilə bir fərqi yoxdur. Keçmişə baxıb dərs çıxarmaq lazımdır" - Ingves deyib.
Dünyanın ilk maliyyə köpüyü olaraq qəbul edilən lalə çılğınlığı 17-ci əsrdə elə bir səviyyəyə çatmışdı ki, lalə soğanları qiymətli məhsul olaraq Hollandiya birjalarında belə satılmağa başlamış və fyüşers müqavilələri bağlanmışdı.
Qiymətlərin artması ilə bir çox adam lalə bazarında yer almaq üçün ticarətə başlamışdı.
Dövrün ən məşhur lalə soğanı olan "Viceroy" ilə dörd kök öküz, səkkiz kök donuz, on iki kök qoyun, 480 litr şərab, 5250 litr pivə, iki ton kərəyağı, 500 kilo pendir alına bilinirdi.
Daha sonra lalələr kəskin ucuzlaşmış və "köpük" partlamışdı.
Ingves bu ilin əvvəlində qiyməti 1000 dollar ətrafında olan Bitcoin-in 1 gündə 4-5 min dollara çatan qiymət dalgalanmaları ilə 15-20 min dollara yüksəlməsinin güvənli olmadığını qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























