Bitcoin "Wall Street"ə girdi
"Cboe Global Market"in (Chicago Board Options Exchange (CBOE)) fyüçers əməliyyatları açması ilə (təklif etməyə başlaması ilə) Bitcoin "Wall Street"ə giriş edib.
"Cboe Global Market"in Bitcoin fyüçersləri əməliyyatlarını açmasından 4 saat sonra, müqavilələr 20%-in üzərində yüksəlib. Dilerlər, ilk əməliyyat həcminin gözləntiləri üstələdiyini qeyd ediblər. "Cboe"nin veb saytında müraciətlər çox olduğundan çətinlikləri baş verib.
Çikaqoda yerləşən "Grace Hall Trading LLC"nin idarəçi tərəfdaşı Co Van Hek, "Əməliyyat aparmaq olduqca sadədidir. Zaman keçdikcə sağlam bir bazar görəcəyimizi düşünürəm" şəklində danışıb.
Bitcoin fyüçerslərinin fond birjasında ticarət olunmağa başlaması, kriptovalyuta üçün bir dönüş nöqtəsidir. İndiyədək Bitcoin əməliyyatları, üzərində hər hansı bir tənzimləmə olmayan bazarlarda (birjalarda) reallaşdırılırdı.
Müddəti Yanvar ayında başa çatacaq Bitcoin fyüçersləri 15000 dollar səviyyəsindən açılmasının ardından 17780 dollar səviyyəsinə qalxıb. Təxminən 1739 müqavilə əl dəyişdirib.
ABŞ-ın rəsmi tənzimləyicindən icazə almış digər bir qurum olan "CME Group" isə, əməliyyatlara 18 Dekabrda başlamağa hazırlaşır.
1 Dekabrda sözügedən iki şirkətə icazə verildiyininelan edilməsi ilə Bitcoin-in qiymətində sərt dalğalanmalar baş verdi. Qərarın verildiyi gün 9-10 min dollar səviyyəsində olan Bitcoin, ötən 10 gün ərzində 19 min dollara qədər qalxaraq rekord qırıb.
Bu dövrdə Bitcoin qiymətində baş verən "dalğaların" böyüklüyü də diqqəti çəkib. 8 Dekabr, Cümə günü 16 min dollardan 19 min dollara çıxan Bitcoin, eyni sürətlə 15 min səviyyəsinə enib.
Mütəxəssislər, kriptovalyuta vahidində görülən sərt hərəkətlərə dair xəbərdarlıq edirlər. Qiymətin aşağı düşməsinin investorları təşvişə sala biləcəyi, nəticədə də ardıcıl satışların başlayacağı bildirilir. Belə olan halda "köpük" partlayacaq, bir çox investorlar zərər düşəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























