Media sektorunu dəyişdirəcək satınalma!
"Walt Disney" şirkətinin "21st Century Fox" şirkətinin əyləncə sahəsindəki aktivlərini 60 milyard dollara satın almağa çox yaxın olduğu bildirilib. Müqavilə, "20th Century Fox"ın film studiyaları ilə Avropa və Asiyadakı "Sky" və "Star" peyk yayımlarını da əhatə edir.
"Marja" xəbər verir ki, bir başqa media nəhəngi olan "Comcast", bazar ertəsi günü satışdan çəkildiyini bəyan etmişdi.
"Financial Times" qəzetinin xəbərinə görə, "Walt Disney" ilə "21st Century Fox" arasında danışıqlar dünən də davam edib.
CNBC isə danışıqlarda böyük mərhələ qeyd edildiyini və müqavilənin böyük ehtimalla sabah açıqlanacağını bildirib.
"21st Century Fox"ın sahibi olan məşhur iş adamı Rupert Murdoch-un da, satış üçün "Disney"ə üstünlük verdiyi bildirilir.
Satışı planlaşdırılan kanallar arasında FX və "National Geographic" ilə bərabər, ABŞ-dakı 22 idman kanalı da var.
Bundan başqa "Disney", "Avatar" və "Deadpool" kimi populyar filmlərin haqlarını da satın alacaq.
Xəbərlərdən sonra "Disney"in Nyu-York birjasındakı səhmləri 0,5% artaraq 162 milyard dollara yüksəlib. "21st Century Fox" səhmləri də 1%-lik artımla 62,6 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























