OPEC-in neft hasilatı azalıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatının noyabrda əvvəlki ayla müqayisədə 133 min barel azalaraq 32 milyon 450 min barrelə gerilədiyi bildirilib.
"Marja" xəbər ki, OPEC-in Neft Bazarı Hesabatına görə, noyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 840 min barrel artaraq 97 milyon 440 min barrelə qalxıb.
Noyabrda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 810 min barel artımla 57 milyon 820 min barelə yüksəlib.
OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 133 min barrel azalaraq 32 milyon 450 min barrelə enib.
OPEC-in neft hasilatını azaltması ilə noyabrda qlobal neft hasilatında xüsusi çəkisi (payı) 33,3%-ə geriləyib.
Keçən ay OPEC daxilində xam neft hasilatı ən çox Nigeriyada artıb, Anqola, Səudiyyə Ərəbistanı, Venesuela və Birləşmiş Ərəb Əmirliklərində azalma müşahidə olunub.
Nigeriyada gündəlik hasilat noyabrda əvvəlki ayla müqayisədə 95 min 800 barrel artıb. Bu ayda gündəlik hasilat Anqolada 108 min 700 barrel, Səudiyyə Ərəbistanında isə 45 min barel azalıb.
İqtisadi və siyasi sahədə çətin bir dövrdən keçən Venesuelada isə gündəlik hasilat təxminən 41 min 100 barel düşərək 1 milyon 834 min barel olub.
QLOBAL TƏLABAT ARTMAQDA DAVAM EDƏCƏK
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 510 min barel artımla gündəlik 98 milyon 450 min barelə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























